Rus bankının Azərbaycandakı qazancı kəskin azaldı

Rus bankının Azərbaycandakı qazancı kəskin azaldı
 

“Bank VTB Azərbaycan” ASC 2023-cü ilin birinci rübünün yekunları üzrə maliyyə hesabatını açıqlayıb.

Paralel.az ”ın məlumatına görə, sözügedən dövrə bankın cəmi aktivləri 248,078 mln manat təşkil edib. Bu isə ötən ilin birinci rübü ilə müqayisədə 22% çoxdur.

Müştərilərə verilmiş kreditlərin həcmi illik müqayisədə 2,7% artaraq 167,912 mln manat təşkil edib.

Bankın depozit portfeli isə 67,6% artaraq 104,910 mln manata çatıb. Bankın cəmi öhdəlikləri isə 27,7% artım nümayiş etdirib və cari ilin martın 31-nə 164,791 mln manat təşkil edib.

Bankın cəmi öhdəliklərinin tərkibində Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri illik müqayisədə 27% artaraq 146,169 mln manat olub.

“Bank VTB Azərbaycan”ın cəmi kapitalı isə illik müqayisədə 21,4% artaraq 47,958 mln manata yüksəlib.

Cari ilin martın 31-nə bankın xalis faiz gəlirləri 4,721 mln manat, xalis qeyri-faiz xərcləri isə 4,665 mln manat təşkil edib. Əməliyyat mənfəəti 56 min manat olan “Bank VTB Azərbaycan” mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarını 2,857 mln manat azaldıb. 

Nəticədə, bank 2023-cü ilin ilk rübünü 2,914 mln manat xalis mənfəətlə başa vurub. Bu isə 2022-ci ilin ilk rübü ilə müqayisədə 1,9 dəfə azdır.

Xatırladaq ki, “Bank VTB Azərbaycan”  99,99%-i “Bank VTB Rusiya” ASC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə məxsusdur.

Paralel.az

0.015576839447021