25% cərimələrin hara xərclənməsinə aydınlıq gətirilsin - Deputat Siyavuş Novruzov

25% cərimələrin hara xərclənməsinə aydınlıq gətirilsin - Deputat Siyavuş Novruzov
 

Hesablama Palatası qanunvericiliyə uyğun olaraq cərimələrdən tutulan 25 faiz vəsaitin hara xərclənməsinə aydınlıq gətirməlidir.

Paralel.az ” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, növbəti hesabatlarda tutulan cərimələrin hara və necə xərclənməsi ilə bağlı məlumatlar ayrıca səhifədə verilsə, daha yaxşı olar.    

Deputat həmçinin rayonların inkişafı ilə bağlı ayrılan vəsaitin necə xərclənməsinin hesabatının təqdim edilməsini zəruri hesab edib.

 

0.011894941329956