Əgər bu baş versə, Rusiya hücuma keçə bilər - Con Kirbi

Əgər bu baş versə, Rusiya hücuma keçə bilər - Con Kirbi
 

Rusiya Ukraynada hava şəraitinin yaxşılaşması ilə cəbhənin bir neçə istiqamətində hücuma keçə bilər.

Paralel.az , bunu Amerikanın Səsi radiosuna müsahibəsində Ağ Evdə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz bilirik ki, yazda, hava yaxşılaşdıqda və artıq yaxşılaşmağa başlayanda, rusların bəzi bölgələrdə hücuma keçmək istəməsini gözləmək olar və biz bunu harada və necə edəcəklərini dəqiq bilmirik. Lakin biz əmin olmaq istəyirik ki, ukraynalılar yaxşı müdafiə oluna bilsinlər. Onlar əks hücum əməliyyatlarına qərar versələr, onları həyata keçirə bilərdilər”, - Kirbi vurğulayıb.

0.012519836425781