Azərbaycanın səbri ilə  çox da oynamaq olmaz - deputat-İltizam Yusifov

Azərbaycanın səbri ilə  çox da oynamaq olmaz - deputat-İltizam Yusifov
 

“Azərbaycan ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında növbəti  möhtəşəm bir qələbəyə imza ataraq ölkəmizin suveren ərazilərində, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini quraraq,  müasir Azərbaycan tarix səhifəsinə yeni bir  qəhrəmanlıq tarixi yazdı. O baxımdan da Azərbaycan ordusunun qələbəyə bərabər olan Həkəri çayı üzərində qurulan sərhəd-buraxılış məntəqəsini qurması, çox qürurverici və  çox böyük tarixi-siyasi əhəmiyətə malik hadisədir”.

Bunu “Paralel.az ”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bununla da ötən əsrin 80-ci illərinin sonundan etibarən Azərbaycan ərazilərinə qəsd məqsədi ilə ölkəmizə göndərilən terrorçuların, silah-sursatın qarşısının kəsiləcək. 

“Bu qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsində mümkün olub. Cənab Prezident 10 noyabr 2020-ci il Üçtərəfli sülh bəyanatından sonra işğal altında olan torpaqlarımızın azad olunma və mübahisəli ərazilərimizin məsələsinə diplomatik müstəvidə apardığı ciddi fəaliyyət nəticəsində həllinə nail olmaqdadır. Nəyi nə zaman və necə etməyi yaxşı bilən, yürütdüyü uzaqgörən siyasəti ilə   dövlət başçısı Azərbaycanın 100 ildən artıq müddətdə üzləşdiyi ərazi problemləri öz həllini tapmaqdadır”, - o qeyd edib.

O əlavə edib ki, növbəti mərhələ artıq rus  sülhməramlılarının müvvəqəti nəzarətində olan Azərbaycan ərazilərindəki separatçı-terrorçularının və  qanunsuz erməni hərbi birləşmələrinin tərksilah edilərək ölkəmizdən çıxarılmasıdır: “Rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdəki separatçı-terrorçu tör-töküntülərinin iki seçimi var: ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da ki, bu torpaqlardan çıxıb gedəcəklər. Başqa alternativi yoxdur. Çünki Xankəndidəki təlxək toplusu, nəhayət, bilməlidir ki, Azərbaycanın səbri ilə  çox da oynamaq olmaz. Azərbaycan tərəfi onlara bunu müxtəlif yollarla dəfələrlə izah etməyə çalışıb. Anlamayacaqlarsa, onları ordumuz anlayacaqları dildə başa salmağa qadirdir. Azərbaycan komandoslarının dəmir qapazını ənsələrində hiss edəndə, bunu çox yaxşı anlayacaqlar. 
Azərbaycan ordusu  tezliklə torpaqlarımızı həm separatçı-terrorçu tör-töküntüsündən, həm də Qarabağda  yaşayan Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan erməniləri  bu separatçıların girovluğundan azad edib, rahat həyat yaşamalarını təmin edəcək. Cənab Prezidentin  də bəyan etdiyi kimi, bu məsələdə ermənilərin arxasında dayanan qüvvələr də Azərbaycanın iradəsinə təsir edə bilməyəcək. Azərbaycan artıq bu iradəsini istər 44 günlük müharibədə,  istərsə müharibədən sonra istənilən formada sübuta yetirib. Azərbaycan Prezidentinin yürütdüyü siyasət nəticəsində ən qısa zamanda Xankəndidə, Ağdərə, Xocalı, Xocavənd də separatçı-terrorçu ünsürlərdən təmizlənəcək  və digər işğaldan azad olunmuş ərazilərimizdəki kimi,  həmin ərazilərdə də Azərbaycan bayrağı dalğalanacaq”.

Paralel.az

0.015258073806763