IX və XI siniflər üzrə keçirilən buraxılış imtahanın heç bir əhəmiyyəti yoxdur
Kamran Əsədov, Təhsil eksperti
IX və XI siniflər üzrə keçirilən buraxılış imtahanın heç bir əhəmiyyəti yoxdur, əgər sən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəmirsənsə.
Əslində, mövcud imtahanlar çox yanlışdır. Belə ki, IX və XI sinif şagirdi həmən imtahanda iştirak edib hər üç fəndən 0 bal toplasa, ona attestat veririlir.
Yəni imtahan nəticəsinin attestat almağa heç bir aidiyyəti yoxdur.
Bəs onda bu imtahanda iştirak etməyənə niyə attestat verilmir?
Hesab edirəm ki, buraxılış imtahanın əhəmiyyətini artırmaq, şagirdlərin məlum üç fənni oxuması üçün hər fənn üzrə azı 20 bal keçid balı tətbiq etmək lazımdır ki, yalnız bunu toplayanlar attestat alsın.
İndi gəlim məlum şagirdin telefonu özü təhvil versə də, imtahandan xaric edilməsinə.
Bəli, DİM qaydalarında qeyd edib ki, imtahan binasında iştirakçının üzərindən kənar əşyalar müəyyən edilərsə, o imtahandan xaric edilir.
Amma bu şagird özü məhz bunu təhvil verib. Hətta adam öldürən şəxs belə, gəlib könüllü təslim olanda, əməlini etiraf edəndə onun üşün bu yüngülləşdirici hal hesab olunur.
Düşünürəm ki, DİM 14 mayda keçiriləcək IX sinif bazasından imtahanda həmən şagirdin iştirakına şərait yaratmalıdır.
Düzdür, bu ona gətirib çıxarmamalıdır ki, hər üzərində kənar əşyalar tapıla şagirdlərə imkan vermək lazımdır, çünki bu bəzi şagirdlərə belə bir düşüncə yarada bilər ki, bu dəfə cəhd edim, onsuz da tutulsa, əlavə şans veriləcəkdir.
Sadəcə olaraq, qaydalara müvafiq dəyişikliklər edilməlidir ki, bir az humanistlik olsun.
"Paralel.az"