Dünya günahkar deyil - Şaiq Miskinli

Dünya günahkar deyil - Şaiq Miskinli
 

Vallah dünya yuxadı,
Görmüşəm göz yaşını..
Zamanə bir çağadır,
Batırır üst-başını.
Dünyada sevinc, kədər
Bir-biriylə əkizdir,
Zamanın dili qədər
Şirin söz tək əzizdir.
Zamanənin oynu var,
Dünya hali deyildir.
Yaxşılığın yeri dar,
Cahan xali deyildir.
Dünya günahkar deyil...
Əvəzsiz hörmət - izzət
Doğulmamış ölürlər...
İnsanda abır - ismət,
Həvəssiz bölünürlər.
Zamanə çox korlanıb...
Sürünən bu dünyada,
Yaxşı onla dayanıb,
Yaman çatıb murada.
Zamanə oyun qurub...
Bu oyundan çıxmağa
Düz gərəkdir insana.
Düz inamdır, həm iman,
Çox köməkdir insana.
Vay ondan düzsüz adam,
Göstərə sənə yolu...
Başına yay günündə
Ya qar yağa, ya dolu.
Dünya təmizdir təmiz,
Üstün tutur həyanı...
O ki, qaraya deyil,
Ağa bükür insanı.
Zamanə tor qurmaqda
Bil, ağıldan ziyadır...
İnsan kimi yaşasan,
Dünya gözəl dünyadır.

"Paralel.az"

0.045514822006226