Həyət evlərinə təlabat artıb, amma... - Problem var

Həyət evlərinə təlabat artıb, amma... - Problem var
 

"Həyət evlərinin alqı-satqı prosesindəki payı artıb”.

"Paralel.az" xəbər verir ki, bunu açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspert bildirib ki, payın artımı bütövlükdə müraciətlərin sayına təsir göstətir: 

"Müraciətlərin sayının artımı tələbin artımına gətirib çıxarır. Bu nisbi olsa da, qiymət artımı ilə müşahidə olunur”. 

Ekspert həyət evlərinin alqı-satqısının kütləvi və dinamik xarakter almamasının səbəbini bu mənzillərin əksəriyyətinin sənədsiz tikili olması ilə izah edib:

"Bu tikililər ipotekaya cəlb oluna, girov qoyula, alqı-satqı predmetinə çevrilə bilmir. Ona görə bu həyət evlərinin alqı-satqısı ilə bağlı olan statistikanın tam obyektiv şəkildə ortaya qoymasına ciddi maneələr yaradır. Ümumilikdə, həyət evlərinə təlabat var. Bu artım hər halda müşahidə olunacaq qədər çoxdur”. 

0.012753963470459