Qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlər hara müraciət edə bilərlər?!

Qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlər hara müraciət edə bilərlər?!
 

 

"Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər.

SOCAR "Azəriqaz" İstehsalat Birliyindən "Paralel.az"-a verilən məlumata görə, “Azəriqaz”ın əməkdaşları şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər.

Həmçinin abonentlərin nəzərinə çatdırırıq ki, 24 aprel tarixindən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək.

Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 “Whatsapp” nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər."

Paralel.az

0.013589859008789