Dinozavrının skeleti hərraca çıxarıldı - Rekord qiymətə satıldı

Dinozavrının skeleti hərraca çıxarıldı - Rekord qiymətə satıldı
 

Avropada ilk dəfə “T-Rex” dinozavrının skeleti İsveçrənin Sürix şəhərindəki hərraca çıxarılıb.

Paralel.az “Sabah” qəzetinə istinadla xəbər verir ki, 67 milyon illik dinozavr skeleti 6,2 milyon dollara alınıb.

11,6 metr uzunluğunda və 3,9 metr hündürlüyündə olan skelet mövcud olan ən möhtəşəm “T-Rex” skeletlərindən biri kimi təsvir edilib.

“293 Trinity” adlı skeletin 2008-2013-cü illər arasında ABŞ-nin Montana və Vayominq bölgələrində aparılan qazıntı sahələrində tapılan üç fərqli “T-Rex” dinozavrının qalıqlarının birləşdirilərək yaradıldığı və 293 ayrı sümükdən ibarət olduğu bildirilib.

Hərraca çıxarılan dinozavr skeletlərinin əksəriyyəti qismən qəliblənmiş olsa da, “293 Trinity”-nin yarıdan çoxu həqiqi sümüklərdir.

Xatırladaq ki, keçən il keçirilən hərracda 25 milyon dollara alıcı tapacağı gözlənilən “T-Rex” skeleti, hissələrinin haradan gəldiyinə dair şübhələr yarandıqdan sonra hərracdan geri çəkilmişdi.

0.013476133346558