Uğurlar və düşündürücü məqamlar... -Osman Gündüz

Uğurlar və düşündürücü məqamlar... -Osman Gündüz
 

Məktəblilərimiz 13-19 aprel tarixlərində Sloveniyada keçirilən 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) uğurla çıxış ediblər.

Fizika, Riyaziyyat və İnformatika təmayüllü Liseyin şagirdi Fidan Qarayeva qızıl medal, Türkiyə Dəyanət vəqfi Bakı Türk liseyinin məktəblisi Sevinc Mahmudova bürünc medal, bu liseyin digər iki məktəblisi Fidan Cəfərli və Səfurə Ramizqızı da həvəsləndirici mükafatlar alıblar.

Məktəblilərimizi, valideynlərini, müəllimlərini və lisey rəhbərlərini, əgər varsa repetitorlarını, həmçinin Olimpiadaya hazırlıq üzrə Mərkəzin komandasını təbrik edirəm.

Burada düşündürücü məqam həm də odur ki, Türk liseylərinin uşaqları olimpiadalarda yenə də üstünlük təşkil edir.
Amma hökumət, Elm və Təhsil Nazirliyinin resurslar ayırdığı Olimpiada Mərkəzi daha çox ETN tabeliyində olan təhsil müəssisələri ilə məşğul olur.
Yəni hökumətin resursları ənənəvi məktəblərimizin olimpiada hazırlığına yönəlib.

Belə olan halda sual yaranır ki, nə üçün FRİTL -dən iştirakçı az olur, digərlərindən daha çox.
Gələn il üçün kimlər bu beynəlxalq olimpiadaya gedəcək?
Həmçinin ötən illərin nəticələri ilə müqayisə etdikdə görmək olar ki, bu olimpiadada əvvəlki illərə nisbətən nəticələr də yetərli olmayıb.

Ümid edirəm ETN də baş verənlərin fərqindədir, təhlillər aparır və ayrılan resurslara uyğun daha effektiv nəticələrin əldə edilməsini diqqətdə saxlayacaq.

  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz

0.014560222625732