Böyüdükcə anladım - ŞAİQ MİSKİNLİ

Böyüdükcə anladım - ŞAİQ MİSKİNLİ
 

BÖYÜDÜKCƏ ANLADIM...

Atam deyərdi mənə:
- Uğur sözü inamdır,
Dünyanın ən gözəli,
Ən qəşəngi imandır.
Həyatda ən dəhşətli,
Bir şey varsa, hicrandır..
Düşmə onun izinə,
Onun yolu dumandır..!
Böyüdükcə anladım
Həyat necə yamandır...
Elə həyatın üzü,
Hicrandan da ağırdır...
Yazıq hicranın üzü,
Görsənir ki, fağırdır...
Bu dünyada o qədər
Tənha qalmışam ki, mən...
Qonşum olub qəm - kədər
Saçlarıma düşüb dən.
Mənim günahım da var,
Cavan ağlım olub dar...
Mən bu qoca dünyaya
Bir uşaq kimi baxdım...
Dünya beş günlük kimi,
Hər günə qara yaxdım...
Şerimi oxuyanlar,
Sonu yoxdur dünyanın...
Nə qədər öyrənsəniz,
Sirri çoxdur dünyanın....!

0.015744924545288