Bakıda banka saxta dollar verən şəxs tutulub

Bakıda banka saxta dollar verən şəxs tutulub
 

Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Paralel.az xəbər verir ki, aprelin 18-də saat 16 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bankların birinin filialından Sabunçu Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Banka 2 ədəd 50 dollarlıq saxta əskinas verməkdə şübhəli bilinən Bakı şəhər sakini Rövşən Qəndiyev saxlanılıb və araşdırma aparılması üçün 13-cü Polis Bölməsinə təhvil verilib.

0.027353048324585