BMT ABŞ-yə nota verdi

BMT ABŞ-yə nota verdi
 

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-a nota verib.

"Paralel.az" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik açıqlama verib. O,  bəyan edib ki, notaya səbəb ötən həftələrdə internetə sızan məxfi sənədlərdə BMT-nin baş katibi Antonio Quterreş və digər yüksək səviyyəli BMT rəsmilərinin kommunikasiya trafikinə nəzarət edildiyinə dair məlumatlardır.

Düjarrik bildirib ki, nota Birləşmiş Ştatların BMT-dəki Daimi Nümayəndəliyinə verilib. 

“BMT Baş Katibinin və digər yüksək vəzifəli məmurların kommunikasiya trafikinə ABŞ-ın müdaxilə etməsindən narahat olduğumuzu ev sahibi ölkəyə rəsmən bildirmişik. Biz açıq şəkildə bildirdik ki, bu cür hərəkətlər BMT-nin Nizamnaməsində və BMT-nin İmtiyazlar və İmmunitetlər Konvensiyasında sadalanan ABŞ öhdəliklərinə uyğun gəlmir", - deyə sözçü söyləyib.

Qeyd edək ki, sızdırılan sənədlərdə ABŞ-ın BMT-nin baş katibi Quterreş və onun müavinini yaxından izlədiyi, telefon zənglərini dinlədiyi öz əksini tapıb.

 

0.016155004501343