Ruslar döyüş taktikasını dəyişdi

Ruslar döyüş taktikasını dəyişdi
 

Ruslar idarə olunan bombalardan, partlayıcı qumbaraatanlarla kəşfiyyat aparan və kamikadze dronlardan istifadə edirlər.

Paralel.az ” xəbər verir ki, bu barədə Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, rus qoşunları Ukraynanın cənub istiqamətində döyüş taktikasını dəyişərək əhaliyə hava zərbələri endirməyə keçib. 

O bildirib ki, rus ordusu quru mövqelərdə əməliyyat aparması çətinləşdiyindən, bunu hava hücumları ilə kompensasiya etməyə çalışırlar.

Qumenyuk əlavə edib ki, rus ordusu artıq kütləyə hücum etmək və avtomobilləri vurmaq üçün bu taktikanı seçib.

O qeyd edib ki, bütün bunlar klassik terrorizm nümunələridir, çünki bu hücumlar heç bir hərbi obyektə yönəlməyib.

Mürtəza
Paralel.az

0.02238392829895