Suriya illət sonra bu ölkə ilə diplomatik əlaqələri bərpa edir

Suriya illət sonra bu ölkə ilə diplomatik əlaqələri bərpa edir
 

Suriya 10 illik fasilədən sonra Tunislə diplomatik əlaqələri bərpa edir və tezliklə Tunisdə səfirliyini açacaq.

Paralel.az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Miqdad Tunis Prezidenti Qays Səidlə görüşdən sonra bildirib.

Miqdadın sözlərinə görə, Suriya-Tunis münasibətləri iki ölkə arasında əlaqələrin kəsildiyi 2012-ci ilə qədər yaxşı olub.

Suriyalı nazir və Tunis Prezidenti regionda baş verənləri müzakirə edib və ərəb xalqının maraqları naminə səyləri ikiqat artırmaq üçün ümumi iradəni təsdiqləyiblər.

Tunis Suriya ilə diplomatik əlaqələri təxminən 10 il əvvəl bu ölkədə silahlı qarşıdurmaların başlamasından qısa müddət sonra kəsib.

0.016791105270386