“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi - FOTO

“Açıq mikrofon” aksiyası həftəlik işinə Bərdə rayonundan start verdi - FOTO
 

 

SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” həftənin ilk iş günündə Bərdə sakinlərinin ixtiyarına verilib.

"Paralel.az" xəbər verir ki, aksiyada ümumilikdə 12 müraciət ünvanlanıb. Mikrofon önünə çıxan 2 sakin qapı keçidinin quraşdırılmasını xahiş edib.

Bundan başqa qaz xəttinin yerinin dəyişdirilməsi və işə qəbulla bağlı müraciətlər də ünvanlanıb.

“Açıq mikrofon”da səslənən problem və təkliflərin SOCAR “Azəriqaz” İB-nin Tərtər RQİİ-nin rəhbər şəxsləri tərəfindən aidiyyəti üzrə yönləndiriləcəyi qeyd olunub.

0.08014702796936