Sevgilisini ərinə xalası oğlu kimi təqdim etdi, evə qayıdanda...

Sevgilisini ərinə xalası oğlu kimi təqdim etdi, evə qayıdanda...
 

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Yadigar Cəfərovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

"Paralel.az" xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 1986-cı il təvəllüdlü Elnarə Musayevanın qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Yadigar Cəfərov qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Elnarə Musayevaya 14 bıçaq xəsarəti yetirərək qəsdən öldürüb, daha sonra həmin bıçaqla özünə xəsarət yetirib.
Yadigar Cəfərov 3 saylı Klinik Şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsinə onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə dindirilmiş Yadigar Cəfərov ifadəsində bildirib ki, 2007-ci ildə Elnarə Musayeva ilə qeyri-rəsmi ailə həyatı qurub. Yaşadıqları dövrdə iki övladları dünyaya gəlib. 

2011-ci ildə Beyləqan rayonundan Bakıya gələrək Binə qəsəbəsində torpaq sahəsi alıb 2 otaqlı ev tikib. 

Təxminən 2015-ci ildən Elnarə ona heç nə demədən tez-tez evi tərk edib. Son zamanlarda hətta uşaqları ondan icazəsiz götürüb aparıb. 

2021-ci il iyunun 2-də mübahisə zamanı Elnarəyə yumruqla xəsarət yetirdiyi üçün arvadı 3-cü polis bölməsinə məlumat verib. Xəzər RPİ-də CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə başlanılan cinayyət işi rayon məhkəməsinə göndərilib. 

İyunun 7-də Elnarə ilə barışıq əldə olunduğuna görə o, cinayət məsuliyyətindən azad edilib. Həmin ərəfələrdə istifadə etdikləri elektrik enerjisinə görə borcu yarandığı üçün "Azərişıq" ASC-nin əməkdaşları evin işıqlarını kəsiblər. Bununla əlaqədar baş vermiş dava vaxtı o, işçilər təfərindən döyülüb. Onun xəsarət alması ilə bağlı başlayan işə də iyunun 8-də baxılıb.

Prosesdə o, "Azərişıq" əməkdaşları ilə barışdığı üçün işə xitam verilib. Həmin gün Elnarə artıq onunla yaşamaq istəmədiyini bildirib. Şəxsi əşyalarını götürmək istədiyini deyən arvadı ilə birlikdə evə gəlib. 

Yadigar Cəfərov ifadəsinin davamında bildirib ki, evdə aralarında yaranan mübahisə zamanı pəncərənin yanında olan bıçağı götürüb Elnarəyə xəsarətlər yetirməyə başlayıb. Neçə bıçaq zərbəsi vurduğu yadında deyil. Enarənin hərəkətsiz vəziyyətdə qaldığını görüb həyətə çıxıb və özünü öldürmək məqsədi ilə cib bıçağı ilə ürək nahiyəsinə zərbə endirib. Bundan sonra heç nəyi xatırlamır. Gözlərini açanda xəstəxanada olduğunu bilib. 

O, əlavə edib ki, arvadına öldümək məqsədi ilə xəsarətlər yetirib. Övladları başsız qaldığı üçün çox peşmandı.

Zərərçəkmiş şəxsin hüquqi varisi Arzu Musayeva ifadəsində göstərib ki, qızı Elnarə 2007-ci ildə Yadigar Cəfərova könüllü qoşulub qaçıb. Evliliklərinin ilk illlərində mehriban yaşasalar da, sonralar ailə daxili münaqişələr yaranıb. Elnarə bir neçə dəfə Şirvan şəhərinə onun yanına qayıtsa da, Yadigar gəlib üzrxahlıq edərək arvadını geri aparıb. 

Yoldaşı tərəfindən döyülən qızı polisə şikayət edib. Yaşadığı evi tərk edib və övladlarını sığınacaq evinə yerləşdirib. 

Məhkəmə prosesi zaman Elnarə şikayətini geri götürüb və uşaqlarını xətrinə ərini bağışlayıb. 

Məhkəmə iclasından sonra paltarlarını götürmək istəyərkən Yadigar Elnarəni bıçaq zərbələri ilə qətlə yetirib. 

Şahid Çiraq Cabbarov ifadəsində göstərib ki, Binə qəsəbəsində yaşayan Elnarə Musayeva ilə hadisədən 6 ay əvvəl tanış olub. Tanış olanda qadının evli olduğunu bilməyib. Münasibətləri ciddiləşdikcə Elnarə ona qeyri-rəsmi evli və iki övladının olduğunu deyib. Onu sevdiyini hətta öz ailə üzvlərinə danışıb. 

2021-ci ilin iyun ayında Elnarə ona əri Yadigar tərəfindən döyüldüyünü və bununla bağlı məhkəmədə işə baxıldığını bildirib. Məhkəməyə onunla birlikdə getməsini xahiş edib. 
İyunun 8-də məhkəmənin binasında Elnarə onu əri Yadigara xalası oğlu kimi təqdim edib.

Prosesdən sonra qadın ona yaşadığı evdən şəxsi əşyalarını götürəcəyini deyib. Səhərisi gün eşidib ki, əri Elnarəni öldürüb.

Məhkəmə prosesində Yadigar Cəfərov ittiham üzrə özünü tam təqsirli bilib. 

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsən ən ağır cəza verilməsini xahiş edib. 

Sonda məhkəmənin hökmü ilə Yadigar Cəfərov 14 il müddətinə azadlıqdan məhrum olunub.

Natiq

 

0.041531085968018