16 aprel "Bioloqlar Günüdür" - Sadiq Qarayev

16 aprel
 

 

16 aprel "Bioloqlar Günüdür". Bioloqlarımızı təbrik edirəm.
Düşünürəm ki, bütün elmlərin bir xalq və bütün bəşəriyyət üçün özünəməxsus faydası var...
Amma məncə ən əhəmiyyətlisi Botanika elmidir. Özüm botanikəm deyə, tərəfkeşlik etmirəm.

Coğrafiyanı dağlara, dənizlərə, çaylara, kimyanı dərmanlara, içkilərə, fizikanı ilk öncə televizora, telefona, uçan, gedən texnikalara, bombalara, zologiyanı heyvanat aləminə, riyaziyyatı təkəbbürlü elm şahına bənzətmək olar. Ədəbiyyat sözlərin keçmiş, bu gün və gələcək xanalarında karvanvari rəqsidir.

Botanika- bitkilərdir. Zərif çiçəklər, həyat- yarpaqlar, nəhəng ağaclardır. Yer üzündə insandan sonra ən kamil yaradılış ağaclardır.

Və düşünürəm ki, hər bir ölkənin elm səviyyəsi Botanika elminin inkişafı ilə ölçülməlidir.
Botanika, eləcə də digər elmlərin naliyyətləri hər bir ölkənin milli sərvətidir.

Azərbaycanın qüdrəti elmi ilə artacaq!

Paralel.az

0.015599966049194