“Barselona” futbolçusunu 10 milyona satdı

“Barselona” futbolçusunu 10 milyona satdı
 

"Sportinq" "Barselona"dan icarəyə götürdüyü Fransisko Trinkanı birdəfəlik alıb.

Paralel.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "Tvitter" hesabında məlumat verib.

Kataloniya təmsilçisi 23 yaşlı hücumçunun satışından 10 milyon avro qazanıb. Klub portuqaliyalı oyunçunun növbəti satışından 50 faiz  almaq hüququna malikdir. "Barselona"nın Trinkanı 20-25 milyon avroya geri almaq variantı da olacaq.
Trinkan 2020-ci ilin yayında 31 milyon avroya "Braqa"dan "Barselona"ya keçib.O, bu mövsüm "Sportinq"də 44 matçda 12 qol vurub və 3 qolun ötürməsini verib.

0.017010927200317