Azərbaycanın şəffaf strategiyası... - Siyasi baxış
Azərbaycanın Rusiya ilə sərhəddə, müasir tələblərə cavab verən yeni gömrük məntəqəsini istifadəyə verməsi, ölkəmiz üçün İndiki vaxtda çox önəmli hadisə hesab oluna bilər. Gömrük məntəqəsi tam olaraq, yüksək texnologiya ilə təchiz edilmişdir və Beynəlxalq Nəqliyyat Dəhlizi üzərindən yükdaşımaların sürətlənməsini təmin etmək üçün nəzərdə tutulub. Sərhəd keçidi prosedurlarının sadələşdirilməsi və avtomobil nəqliyyatı sıxlığının aradan qaldırılması istiqamətində çox böyük əhəmiyyət kəsb edən yeni tikilmiş,, Xanoba,, gömrük məntəqəsi, eyni zamanda ,,Yaraq-Qazmalar,, və,, Samur,, gömrük məntəqələrinin yükünü də azaltmağa kömək edəcəyi gözlənilir.
Bundan əlavə,, Xanoba,, sərhəd buraxılış məntəqəsi ,, Şimal-Cənub,, Beynəlxalq Nəqliyyat Dəhlizinin, Cənubi Qafqazda ən vacib elementlərdən biri olaraq rol oynayacağı gözləntiləri var. Hindistan, Pakistan, İran və digər ölkələrindən, Rusiyaya və digər ölkələrə gəlib- gedən yüklərin daşınmasında müsbət rola malik olduğu qeyd edilməkdədir. Son illərin ən vacib nəqliyyat dəhlizi hesab edilən bu layihə, Azərbaycanın aydın və şəffaf strategiya ilə nəqliyyat infrastrukturunun səviyyəsini göstərir və bu istiqamətdə böyük investisiyaların yatırıldığını əks etdirir. Son illərdə, alternativ yol olaraq böyük ölkələrlərin diqqətini cəlb edən Azərbaycanın da yerləşdiyi,, Şimal-Cənub,, Beynəlxalq Nəqliyyat Dəhlizi marşrutu, üzərində gələcəkdə çox böyük perspektivlərə sahib ola biləcəyi düşünülməkdədir.
Dəhlizin imkanları həmçinin Avropa ölkələrini, Şərqi Asiya, Çin, Cənubi Koreya və Hindistan ilə birləşdirə bilər. Azərbaycanın bu sahədə atdığı addımlar və görülən işlər, ölkəmizə maksimum dərəcədə fayda gətirə biləcəyi vəd etməkdədir.
Siyasi şərhçi, Çingiz Şahbazi
"Paralel.az"