Kimsəsiz olasan, ölməyə nə var...-Şaiq Mustafayev

Kimsəsiz olasan, ölməyə nə var...-Şaiq Mustafayev
 

Bu dünya söyülür günahsız yerə,
Zamanə günahkar... bilməyə nə var!
Ölmək istəyirsən gündə min kərə,
Kimsəsiz olasan... ölməyə nə var !

Adamı yandırır ağsaqqal sözü,
Yalana zər vurur, pasladır düzü,
Götürür hər sözü abırsız üzü,
Həya saxlayırsan... söyməyə nə var!

Hörmət etməyir ki, insana - insan,
Qırılır könüllər... olur pərişan
Peysəri yoğunlar edirlər tüğyan,
Övladın ac qalar... döyməyə nə var!

Həyatda yaltağın çəkdiyi səfa,
Qoymaz ki, qayıda, gələ insafa,
Aqilin həyatda çəkdiyi cəfa,
Cahildən gəlməsə...bölməyə nə var!

İnsanın gərək ki, bir üzü olsun,
Dünyada qalası bir sözü olsun,
Məzlumun yanında bir gözü olsun,
Ay Şaiq , beləsin sevməyə nə var!

"Paralel.az"

0.018128871917725