"DURNA BULAĞI"
romandan fraqment - Ərşad Əzimzadə

 

DURNA BULAĞI
romandan fraqment

“Durna bulağının hekayəti” adlı çoxseriyalı qısametrajlı sənədli film BİA-nin rejussorluq fakultəsinin sonuncu kurs tələbəsi Hikmət İdrakoğlunun diplom işi kimi təsdiq olundu. İmtahan komissiyası yekdilliklə belə qərara gəldi ki, dövlət imtahanı filmin həm müəllifi, həm operatoru, həm də rejissoru və montaj edəni olan tələbənin ikinci vətəni sayılan Çinarlıda , Arazın sol sahilində salınmış qəsəbədə baş tutsun.
Filmdə təkcə Hikmətin kamerasının və cib telefonunun yaddaşına yığlan materiallar deyil, filmin təmannasız redaktoru, Şərqi Zəngəzur mahalında yaxşı jurnalist kimi tanınan Cəsarət Vəkilovun çəkdiyi foto-şəkillər, rəssam bacısı Badsabahın əsərləri, müxtəlif adamların öz telefonunna yazdığı hadisələr, eləcə də TV kanallarının istifadə etdiyi materiallar yer almışdı. Müxtəlif zamanlardda və müxtəlif məkanlarda lentə alınmış bu materiallar elə yüksək zövqlə seçilmiş, Qarabağ gəbəsinin ilmələri kimi, elə ustalıqla hörülmüşdü ki, deyərdin bəs, saçını-saqqalını bu işdə ağartmış operator, əlində kamera, durub səhnənin bir qırağənda, istedadlı söz əhlinin qələmindən süzülən mükəmməl ssenarinin canlanmasını birnəfəsə çəkib, ortalığa vahid sənəd əsəri qoyub.
Filmin 12-ci bölümü bütövlükdə müzəffər Azərbaycan ordusu üçrəngli bayrağı qədim Şuşanın ən yüksək zirvəsinə sancaraq, zəfər nidasını qoyan gündən, işqaldan azad edilmiş əraziləri birər-birər gəzən, öz dəmir yumruğunu havaya qaldırıb, bu torpaqlarda ağır cinayətlər törətmiş qaniçən ermənilərə göstərən, onlardan “siçan kimi qaçıb hansı deşikdə gizlənmisiniz” deyə soruşan, yeni tikintilərin təməlini tökən və açılışını edən Azərbaycan prezidenti, Ali Baş komandan İlham Əliyevin Zəngilan səfərinə və Zəngilan camaatı ilə keçirdiyi görüşə həsr edilmişdi.
Budur, ekranda, minik maşınını mahir sürücü kimi, inamla idarə edən ölkə başçısı, onu bütün yol boyu onu müşayət edən uçuq kalafalrın yanından keçən, hərdən maşını saxlayıb viran qoyulmuş kənd haqqında məlumat verən ölkə başçısı, vandallar tərəfindən təməl daşına kimi sökülən Zəngilan şəhərinə daxil olur. Kalafası qalmış məsçidin qabağında maşından düşür, həyat yoldaşı və silahdaşı Mehriban xanımla bərabər kalafaya daxil olur, tamaşaçıların diqqətini bir vacib məqama şəkir: qaniçən ermənilər bu vəhşiliyi, özünü “İslam rüspublikası” adlandıran, İranının gözü qabağında və mollaların xeyir-duası ilə törədiblər. Allah evini sökən haylar İslam dinini təhqir ediblər. Qorxaq haylar canlı ordu ilə deyil, cansız binalarla vuruşublar. Biz bütün məsçidləri, tarixi abidələri bərpa edəcəyik, daha yaxşısını tikəcəyik.
Prezident əvvəlcədən hazırlanmış palçığı malakeşlə götürüb, sökülmüş divarın üstünə tökür, mişar daşını palçığın üstünə qoyur. Ölkənin birinci xanımı da xanım olduğunu bir anlığa unudur, bənna funksiyasını yerinə yetirir.
“Xəstə xislətli millət öz qanlı izini təkcə kəndlərdə, şəhərlərdə qoymayıb, dünyanın nadir incisi olan çinarlı meşədə də qoyub” - kamera kövrək qız səsinin müşayət etdiyi ürək göynədən səhnələri, dibndən kəsilmiş min illik çinarların kötüyündə bitən körpə pöhrəliyi aramla tamaşaçıya göstərir:. Bunun ardınca prezident və xanımı cavan tingləri azad olmuş Bəsit çayının sahilində salınan yeni çinarlıqda əkir və sulayır. Sonra “meşəçi” ölkə başçısı, göz yaşı kimi, dupduru çayın qırağında çömələtmə oturub əllərini yuyur, üzünə su vurur, iri ovcunu doldurub iştahla içir. Eyni hərəkəti Birinci xanım da təkrarlayır. Prezident qəddini dikəldib, kameranın düz didəsinə baxır və bəyan edir: “Bir qırılmış çinarın yerinə minini əkəcəyik!”. Müəllif, prezidentin sözünə qüvvət, valantyorlar tərəfindən Çinarlı meşədə həyata keçirilən ağacəkmə imaciliyini tamaşaçıya bir cümlə ilə təqdim edir: “O söz... Bu da əməl!”.
Müəllif Koroğlu düzündə salınmış müasir tipli beynəlxalq hava limanının təntənəli açılış mərasimində, türk dünyasının seçilib-sayılan lideri Ərdoğanın iştirakını böyük hadisə kimi, iki xalqın qardaşlığı kimi, elə liderin öz dililə vurğulayır: “Biz, türk halqı olaraq, dar gündə də, hoş gündə də can azerbaycanın yanındayız!” .
12-ci seriyada ölkə başçısının zəngilan fəalları ilə görüşünə xüsusi yer ayrılıb. Şəhidlərin əziz ruhini bir dəqiqəlik sükutla yad edən prezident danışdıqca, tədbir iştirakçəları müdhiş qaçqınlıq səhnələrini - mühasirədə qalan mübariz Zəngilan camaatının arxalı düşmənə qarşı apardığı qanlı savaşı, verilən çoxsaylı qurbanları, çarəsiz qalmış əhalinin özünü Arazın buzlu suyuna toxuyub, o taya keçməsini, yaşanan ağır, üzücü qaçqınlıq həyatını, 2020-ci ildə müzəffər ordu Zəngilanı azad edərkən ermənilərə havadar çıxan fars silahlı qüvvələrinin Zəngilanda onun qarşısını kəsməsi, nəhayət, üç rəngli bayrağın Zəngilan şəhərində yeganə salamat qalmış binaya sancılması, birər-birər gəlib gözlərinin qabağından keçirdi. İlk söz alıb danışan yüz yaşlı el ağsaqqalı Hikmət baba şəhidlərə rəhmət, onların əzizlərinə səbr, qazilərə isə şəfa diləyəndən sonra, bütün mahal adından və şəxsən öz adından qalib Azərbaycan ordusun cəsur döyüşçülərinə, igid övladlar böyütmüş ata-analara, Ali Baş komandana dərin minnətdarlığını bildirdi. Yığcam çıxışını gülə-gülə bitirdi:
-Söz vermişdim ki, dizimi yerə qoyub Durna Bulağının suyundan içməyənə kimi ölən dəyiləm. Kişi kimi sözümün üstə durdum.
Hamıdan sonra söz alan İdrak Əhmədov 30 il dilə gətirmədiyi, lakin həmişə içində yaşatdığı “Ölü Düzü diriltmək” mövzusunu yada saldı:
-Cənab prezident, siz bir neçə dəfə demisiniz ki, işqaldan azad olunmuş ərazilərdə “ağıllı kəndlər” və “ağıllı şəhərlər” salınacaq. Mən təklif edirəm ilk “ağıllı kəndi” Zəngilanın “Ölü Düz” deyilən ərazisində salaq. Bunu etsək, yüz min hektardan çox ölü torpağı, yəni, bütün sovet dövründə istifadəsiz qalmış böyük bir ərazini dirildərik, balaca dağ kəndlərini bir yerə yığarıq, bol məhsul istehsal edərik, yaxşı gəlir götürərik. Dəyərli alimimiz, akademik Fərhad Cəlalzadənin hesablamaları göstərir ki, “Ölü Düzə” sərmayə qoymaq iqtisadi cəhətdən çox sərfəlidir. Həm də gözəl havası var. Çatışmayan yeganə şey sudur. Halbuki “Durna Bulağının” şəfalı suyu dərə aşağı axıb gedir. Dağ çayının ağzını “Ölü Düzə” döndərmək isə elə böyük xərc tələb etmir.
-Əyləş, - prezident natiqə oturmağa icazə verdi. - Mən sizin Mil düzündə saldığınız Çinarlı qəsəbəsi haqqında çox eşitmişəm. Lakin başım ordu quruculuğuna, “Qarabağ münaqişəsini” dinc yolla həll etmək probleminə və müharibəyə qarşıdığə üçün, vaxt tapıb gələ bilməmişəm. Mütləq sizin təklifinizi nəzərdən keçirərərik. Bütün hallarda, ölü torpaqların hamısını dirildəcəyik. Söz vermişəm ki, erməni vandallarının dağıtdığı Qarabağı əsl cənnətə çevirəcəyik. Və çeviririk də. İki dövlətlə - İran və ermənistanla - həmsərhəd olan Zəngilan elə bir coğrafi məkandır ki, böyük tranzit rolunu oynayacaq. Zəngəzur dəhlizi açılandan sonra Zəngilan. Şərqi Qərblə birləşdirəcək. Şərqdən Qərbə, Qərbdən şərqə yük daşınması asanlaşacaq, yüklərin həcmi qat-qat artacaq. - Başını qaldırıb, başı qarlı Xustub dağına tərəf məhəbbətlə baxdı. - Həm də bu yerlərin gözəl təbiəti var. Dünyada iki nadir Şərq Platanı meşəsi - çinarlıq mövcuddur. Onlardan biri burda, Bəsitçay dərəsində yerləşir, Bu meşədə, dağlarda gözəl turist bazaları salacayıq. Doğrudur, erməni faşizmi, erməni fanatizmi üzərində 44 gün ərzində qələbə çalamağımız, erməni vandallarının xarabazara döndərdiyi şəhər və kəndlərin sürətlə canlanması, iqtisadi uğurlarımız, Qərblə yaxınlaşmağımız Cənub qonşumuz tərəfindən qaşqabaqla qarşılanır, rəsmi İran bizə qarşı müxtəlif təxribatlar törətməkdə davam edir- Biz belə şeylərə baxmırıq, qurub-yaradırıq, torpaqlarımızın hər qarışını cana gətiririk. Sizin Vejnəli qızıl yatağı işə düşəndən sonra qurub-yaratmaq imkanlarımız bir az da artacaq, işlərimiz bir az sürətlənəcək. İndi burda çıxış edən hörmətli İdrak müəllimin təklifinə gəlincə, - axtarıb isti nəzərlə “Ölü Düzü diriltmək” ideyasının müəllifini tapdı, - onu deməliyəm ki, bu gün təkcə “Ölü Düzü” deyil, qaniçən erməni ayağı dəyən bütün torpaqlarımız ölü vəziyyətinə düşüb. Biz heç bir beynəlxalq təşkilatın köməyi olmadan, öz gücümüzə, güclü havadarları olan erməni vandallarının viran qoyduğu, sözün əsl mənasında öldürdüyü, torpaqlarımızı dirildirik. İndiyəcən müharibədən çıxmış heç bir ölkə 8 ay ərzində beynəlxalq hava limanı tikib istifadəyə varə bilməyib. Biz isə Füzulidə möhtəşəm hava limanı ilə paralel Zəngilan hava limanını da tikdik. Hər ikisinin açılışında qardaş Türkiyə cümhuriyyətinin prezidenti, əziz dostum, qardaşım Rəcəb Tayib Ərdoğan iştirak etdi. İdrak müəllim, elə günü sabah Nazirlər kabinetinə tapşırıq verəcəm sizin təklifi dərhal nəzərdən keçirsin, başda hörmətli alimimiz Fərhad Cəlalzadə olmaqla, xüsusi komissiya yaratsın, “Ölü Düzü” cana gətirək, orda ağılsız ermənilər üçün gözdağı olan çox möhtəşəm, kəndlə şəhərin bütün yaxşı cəhətlərini özündə birləşdirən “Ağıllı kənd” salaq. Tapşırmışam, artıq Zəngilan şəhərinin layihəsini hazırlayırlar. Zəngilan gözəl bir şəhər olacaq. Ağılsız ermənilər tezliklə sülh müqaviləsi imzalamaq, Zəngəzur dəhlizini açmaq, bizimilə əməkdaşlıq etmək, onları quyunun dibindən çıxartmağa qadir olan layihələrdə iştirak etmək, ac-yalavac millətin güzəranını yaxşılaşdırmaq əvəzinə, yenə xülyalarla yaşayır, sərsəm bəyanatlar verir, milləti revanşa çağırır. - Başını dik tutub, Qərbə tərəf baxdı. - Burdan, qızıl Zəngilandan üzümü o axmaqlara tutub deyirəm: Ağlınızı başınıza yığın. Təbii ki, əgər ağıl və baş varsa! - Hamı ürəkdən güldü. - Bilin, dəmir yumruq yerindədi. - Sağ əlini yumruğa döndərib başı üstə qaldırdı. - Küyə getməyin. Özünüzü düşdüyünüz vəziyyətə adekvat aparın. Bir yaxşı-yaxşı fikirləşin. On mindən çox fərarisi olan, başı əzilmiş, beli qırılmış şikəst ordu ilə, çökmüş iqtisadiyyatla, günügündən güclənən, təkmilləşən Azərbaycan ordusunun qabağına necə çıxa bilərsiniz? Axı heç Haystan dediyiniz o qədim Azərbaycan torpağında adam da qalmayıb, hər gün İravandan minlərlə erməni çıxıb gedir xaricə, geri qayıtmır. Böyük Britaniya generalı Dendesvirilin sözlərini yadınıza salıram. 1918-ci ildə Bakıdakı ermənilərin türkləri görən kimi, səngərləri qoyub qaçan, başını səngərə soxub, göyə güllə atan, döyüş imitasiya yaradan “cəsur” erməni “döyüşçülərini” öz xatirələrində təsvir edən general yazıb ki, bu ermənilər istəyirlər ki, ağaları həm onlara pul versin, həm də onların yerinə döyüşsün. Deməyim budur ki, sizin yerinizə heç kəs gəlib bizə qarşı döyüşən deyil. Əsrlər boyu sizi aldadırlar, verirlər qabağa, hər dəfə başınız əzilib, çoxlu itkilər veribsiniz, di gəl, ibrət dərsi almamısınız. Bəsdir milləti güdaza verdiyiniz. Onsuz da toxumunuz kəsilir, arvadlarınız uşaq doğmur, dünyada cəmisi bir ovuc erməni qalıb. Bilin ki, yaxın qonşunuz Türkiyə ilə, bizimlə əməkdaşlıq etməkdan savayı çıxış yolunuz yoxdur. Açın Zəngəzur dəhlizini. Xoşla açmasanız, zorla açacayıq. Bunu da bilin ki, 1988-ci ildə qovub öz ata-baba yurdundan didərgin saldığınız azərbaycanlılar mütləq öz evlərinə qayıdacaq. Birdəfəlik yadda saxlayın: Qarabağ erməniləri üçün heç bir əlavə imtiyaz, status-filən olmayacaq, status getdi cəhənnəmə. Erməni dilli qarabağlılar bizim vətəndaşlardı, onların hüququnu bizim qanunlar qoruyacaq, təhlükəsizliyini biz təmin edəcəyik. Seçim onlarındı: ya bizim bayraq altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Onu da bilin: nə qədər ki, qanunsuz erməni yaraqlıları Qarbağdan rədd olub getməyib, sülh və əminamanlıq olmayacaq. Onların da iki yolu var: ya silahları yerə qoyub gedirlər, ya da biz lazımi tədbirlər həyata keçirib, onları məhv edəcəyik. Sülhün, əməkdaşlığın alternativi yoxdur. Siz yaxşı bilirsiniz ki, otuz il işqal altında saxladığınız Yuxarı Qarabağ heç vaxt erməni torpağı olmayıb və heç vaxt da erməni torpağı olmayacaq. Məhz bu həqiqəti bildiyiniz üçün, bu otuz ildə bir daşı daş üstə qoymayıbsız, əksinə, bütün kəndləri, şəhərləri dağıdıbsınız. Hanı məntiq? Sizindirsə, niyə tikmirsiniz, niyə dağıdırsınız? Siz qurucu xalq deyilsiniz, dağıdıcı millətsiniz. Siz cəsur, döyüşkən xalq deyilsiniz, güclülərin qoltuğuna əyilən qorxaq millətsiniz. Bizim səbrimiz sonsuz deyil. Sülhə gəlin, açın Zəngəzur dəhlizini. Özünüz özünüzü blokadaya salıbsınız, düşməni də qıraqda axtarırsınız. Kommunikasiyaların açılması, hamıdan çox, sənə lazımdır, ey xeyirini-şərini bilməyən millət! Bəsdir onun-bunun qoltuğuna qısıldınız! Bəsdir dilənçi kimi, ona-buna əl açdınız! Bəsdir onun-bunun əlində oyuncaq, təzyiq aləti olduğunuz. Əgər həqiqətən də aöıllı millətsənsə, gərərək biləsən ki, kin-küdurət, qisas və intiqam hissi, milləti, qurd kimi, içəridən yeyir, onun daxili azadlığını əlindən alır. Müdriklərdən biri buyurub ki, daxili azadlıq yoxdursa - heç bir azadlıq yoxdur. Təmizlənin, saflaşın, işıqlı ideyalar ətrafında birləşin, xeyirxah olun! Burdan, qədim Zəngəzur torpağından bəyan edirəm: əgər yenidən küyə gedib, bizə qarşı, Türkiyəyə qarşı torpaq iddiasına düşsəniz, bu dəfə Hayastan adlı bir dövlət olmayacaq, bu ad dünya xəritəsindən həmişəlik silinəcək. Heç kəs bizim ədalətli mübarizəmizin qarşısını ala bilməyəcək, heç bir telefon zəngi, siyasi təzyiq bizi dayandıra bilməyəcək. Odla oynamayın! Yaşasın müzəffər ordumuz! Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan! Qarabağ - Azərbaycandır!
Hamı dik qalxdı, qızğın əl çaldı. Prezident və onu bütün Qarabağ səfərlərində müşayət edən, bir növ ölkə başçısının şəxsi fotoqrafı və operatoru funksiyasını yerinə yetirən birinci xanım adamlara qarışıb, şəkillər çəkdirdilər. Ali qonaqlar, otuz ildən sonra öz doğma diyarını canlı şəkildə görmək imkanı qazanan zəngilanlılarla vidalaşdı. Kamera, sükanı arxasında prezident oturan qara maşın gözdən itənə kimi onu müşayət etdi.
Ekranda “12-ci bölümün sonu” sözləri görünən kimi zalda işıq yandı. Uşaqdan böyüyəcən hamı dik qalxı və qızğın əl çaldı. Qalib ölkənin prezidentinin çıxışı zəngilanlılardan nə qədər sürəkli alqış qoparmışdısa, onu Çinarlı camaatına və qonaqlara təqdim edən filmin müəllifi Hikmət İdrakoğluna da bir o qədər çəpik payı aldı. Müəllif . səhnəyə çıxıb, əlini übrəyinin başına qoyanda və tamaşaçılara baş əyəndə, çəpik seli bir az da gurlaşdı. Gur çəpiklər yeni həyatın başlandığından və dünyaya yeni bir istedadın gəldiyindən xəbər verirdi.

"Paralel.az"

0.012969970703125