Kosmosa gizlincə yemək apardı, başına gələnlər tarixə düşdü

Kosmosa gizlincə yemək apardı, başına gələnlər tarixə düşdü
 

1965-ci ildə NASA-nın həyata keçirdiyi “Gemini 3” uçuşu dünya tarixinə düşüb.

"Paralel.az" “Posta” qəzetinə istinadla xəbər verir ki, kosmosda yeyilən sendviç cazibə qüvvəsi olmayan mühitdə uçuşu çətinləşdirib.

Belə ki, 23 mart baş tutan “Gemini 3” layihəsinin astronavtları 39 yaşlı Qus Qrissom və 35 yaşlı Con Yanq seçilib.

Onlar rusiyalı həmkarlarını məğlub etmək üçün Aya doğru yola salınıb.

Hər şey planlaşdırıldığı kimi gedib. Uçuş uğurlu alınıb, lakin ilkin prosedurlardan keçdikdən sonra astronavtlar acıb.

Yanq bunun baş verə biləcəyini düşünərək hazırlıqlı gəlib. O, evdən çıxmazdan əvvəl sendviç hazırlayaraq özü ilə aparıb.

Yarım saatlıq fasilə zamanı Yanq hazırladığı sendviçi dişləyib.

O vaxta qədər NASA-nın kosmosda yemək yeməklə bağlı kifayət qədər təcrübəsi yox idi.

Kosmosda yeyilən ilk yemək olan bu qidanın qırıntıları ətrafa yayılmağa başlayıb.

Astronavtlar sendviç qırıntıları ilə məşğul olarkən, cazibə qüvvəsi olmayan mühitdə uçmaq kifayət qədər çətinləşib.

Bu hadisə kosmosda yeməklə bağlı çətinliklərin əsas xatirəsi kimi qeyd edilib.

Astronavt Yanq sendviç yediyinə görə cəzalandırılmayıb. Bu hadisədən sonra NASA astronavtların kosmosda qidalarını daha əlvərişli yeyə bilmələri üçün həll yolları axtarmağa başlayıb.

Qeyd edək ki, “Gemini 3” NASA-nın kosmosa uçuş üçün ikinci belə oxşar missiyası idi. Uçuşun məqsədi kosmosda uzun müddət qalmaq qabiliyyətini yoxlamaqdı. Lakin uçuşdakı sendviç hadisəsi, astronavtların kosmosda qarşılaşdıqları çətinliklər və NASA-nın kosmik proqramındakı irəliləyişlər maraqlı xatirə kimi tarixə düşdü.

Günay

0.012401103973389