Bu ərazidə yeni park salınacaq

Bu ərazidə yeni park salınacaq
 

Bakı şəhərində yeni park salınacaq.

"Paralel.az"ın məlumatına görə, bununla bağlı artıq Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC iki mərhələli tender elan edib.

Belə ki, sözügedən park Nərimanov rayonu, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib Bəy Yusifbəyli küçələrinin kəsişməsində salınacaq.

Yeni parkın layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması nəzərdə tutulur.

0.013849973678589