Məşhur modelyer vəfat etdi

Məşhur modelyer vəfat etdi
 

Miniətəklər yaradan britaniyalı dizayner Meri Kuant 94 yaşında vəfat edib.

“Paralel.az ” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Meri Kuant bu səhər Surrey qraflığındakı evində vəfat edib”, - məlumatda deyilib.

1966-cı ildə Kuant Britaniya İmperiyasının ordeni ilə təltif edilib. Miniətək əbədi olaraq onun üslubunun ticarət nişanına çevrilsə də, Londonun Viktoriya və Albert Muzeyi öz saytında bu qadın geyiminin yaradılmasında hesab edilə bilən konkret bir şəxsə işarə edə biləcək “qənaətbəxş sübutların” olmadığını etiraf edib.

2021-ci ildə britaniyalı kinorejissor Sedi Frost dizaynerin həyatından bəhs edən “Meri Kuant: miniinqilab” adlı sənədli film çəkib.

0.026587963104248