Vulkan püskürdü, uçuşlar təxirə salındı

Vulkan püskürdü, uçuşlar təxirə salındı
 

Rusiyanın Kamçatka vilayətində Şiveluç vulkanı püskürüb.

Paralel.az xəbər verir ki, vulkan püskürməsindən sonra Alyaska Hava Yolları ABŞ-nin Alyaska ştatında səmanı kül buludlarının bürüməsi səbəbindən bəzi uçuşların dayandırıldığı açıqlayıb.

Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutunun direktoru Kamçatkada həyatı iflic edən kül istilası ilə bağlı açıqlamasında bölgəyə yayılan külün qalınlığının 6-8 santimetrə çatdığını deyib. O, bu halın sonuncu dəfə 1964-cü ildə yaşandığını bildirib.

0.023463010787964