Oğrudan oğruya şikayət edə bilmirik...

Oğrudan oğruya şikayət edə bilmirik...
 

Ət satılan yerlərdən gözüyumulu keçək?

Qiymətlər artanda sosial narazılıqlar olur. Narazılıqlar olan kimi hökumət təmsilçiləri deyirlər ki, bu qiymət artımı sosial narazılığa səbəb olmayacaq, çünki dövlət kənd təsərrüfatı digər xidmət sahələrində çalışan sahibkarlara öz fəaliyyətlərini əngəlsiz davam etdirmək üçün kompensasiya subsidiyalar verəcək.

Məsələn, dizel yanacağının qiyməti artanda Tarif  Şurasından bildirdilər ki, yanacağın qiymətinin artması səbəbindən kənd təsərrüfatına ictimai nəqliyyatda sərnişindaşınmaya mənfi təsirini aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlər nəzərdə tutulub. Yəni bu sahədə baş verə biləcək neqativ təsirləri neytrallaşdırmaq üçün kənd təsərrüfatında çalışan fermerlərə subsidiyalar, ictimai nəqliyyat sektorunda çalışan sahibkarlara isə kompensasiya veriləcək. Həmçinin, qeyd edilirdi ki, sahibkarlıq subyektlərinə kompensasiyaların verilməsi, sosial həssas qrupların mənafeyinə xidmət edir. Yəni ictimai nəqliyyatda tarif dəyişikliyi aparılmayacaq.

Lakin deyilən kimi olmadı, qiymət artdı, gedişhaqqı oldu 0.40 qəpik. Yəni qərarlar gözəl səslənsə nəticəsi deyilən kimi olmur, sözlərilə əməlləri üst-üstə düşmür.  

Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoyanda olur görəsən... Burda dövlətin marağı nədir ki, yanacağın qimətini artırmaqla hər şeyin nizamını pozur? Bu qiymət artımı ilə büdcəyə əlavə vəsait gələcəksə bu vəsaiti yenidən kompensasiya subsidiya adı ilə sahibkarlara veriləcəksə burda əlavə maraq nədən ibarətdi?

Məsələn, mənim anladığım budur ki, Tarif Şurası məmurların təklifilə hər şeyin qiymətini qaldırmaqla xalqın cibinə girir”, oradan çıxardığı pulların bir hissəsini kompensasiya subsidiya şəklində sahibkarlara qaytarmaq adı ilə korrupsiyanın yeminə çevirir. Vəssalam. Sahibkar da müflis olmamaq üçün məcburdu ki, istehsal etdiyi məhsulun qiymətini qaldırsın. Yəni sahibkarı qınamaq olmur belə məqamda. Bəzi dövlət məmurları deputatlar isə bunu süni qiymət artımı adlandırırlar. Əslində isə süni qiymət artımı insanların gözündən pərdə asmaq üçün işlədilən bir ifadədir.

Qiymət artımını təklif edən, sonradan onu kompensasiya subsidiya adı ilə mənimsəyən məmurlar çox gözəl bilirlər ki, süni qiymət artımı sadə insanları məhv etmək deməkdi.

Həm bu işdə onlarla əlbir olan işbazların milyonlarla dövlət vəsaitini talamaq imkanı qazanmalarına xidmət edən böyük bir oyundur. Ki, bunun da qarşısının alınmasının tək  yolu həmin sahələri ciddi ictimai nəzarətə götürməkdən keçir. Elə dövlət tərəfindən tənzimlənən qiymətlərə , ictimai təşkilatlar qruplar nəzarət etsələr yaxşı olar. Nədən ki, dövlət tərəfindən yaradılan Tarif  Şurası kimi qrumlara ictima nəzarət deyil, məhz özlərindən olanların cəlb olunmasında məqsəd, burda baş verən oğurluqları xalqdan, ictimaiyyətdən gizlətməkdir...

Açıq olmasa da, dolayısilə bildirirlər ki, oğrudan oğruya şikayət edə bilməzsiniz... Bəlkə sərt səslənir, lakin ayrı ad tapa bilmirəm. Niyə? Çünki görünən odur ki, məmur diktaturasının hökm sürdüyü məmləkətimizdə sadə insanların hüququnu heç kim müdafiə etmir. Bu qədər!

Az qalmışdı yadımnan çıxsın, gözünüz aydın, quzu ətinin (1 kq.) qiyməti 20 manat olub, dünən şahidi oldum. Deyirəm bəlkə çörək götürək gedək qəssabxanaların qarşısına ətə baxaq, çörəkdən dişləyək, deyirsiz?

0.010277986526489