Xəzər dənizində əməkdaşlığı müzakirə etdilər

Xəzər dənizində əməkdaşlığı müzakirə etdilər
 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Qazaxıstanın baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleu Xəzər dənizində çoxtərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iki nazir arasında danışıqların yekunlarına dair hesabatında deyilir.

Danışıqlar zamanı Xəzəryanı ölkələr tərəfindən razılaşdırılmış beştərəfli sazişlərin və təşəbbüslərin ardıcıl surətdə həyata keçirilməsinin aktuallığı vurğulanıb.

Tərəflər çoxşaxəli əməkdaşlığın siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar komponentlərini müzakirə ediblər.

0.021891117095947