Hoteldə qadını öldürüb, pulunu oğurlayan kişinin məhkəməsi başlayıb

Hoteldə qadını öldürüb, pulunu oğurlayan kişinin məhkəməsi başlayıb
 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qadını hoteldə qətlə yetirib pulunu oğurlamaqda təqsirli bilinən Rəsul Niftəliyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

"Paralel.az" xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə mbaxış iclası iyulun 6-na təyin olunub. 

Qeyd edə ki, Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə yaydıı məlumata görə Abşeron rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Belə ki, ötən il oktyabrın 31-i gecə saat 05 radələrində Masazır qəsəbəsində yerləşən hotellərin birində 1990-cı il təvəllüdlü Turanə Cavadovanın üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə 1996-cı il təvəllüdlü Rəsul Niftəliyevin tamah niyyəti ilə zərərçəkmişi boğub öldürərək sonuncunun üzərində olan 150 manat pulu götürməklə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.

Rəsul Niftəliyev şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

 

0.039214849472046