Yağının təbii olduğunu necə bilmək olar?

Yağının təbii olduğunu necə bilmək olar?
 



Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir.
Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?
Təbii kərə yağı A, D və E vitaminləri ilə zəngindir, görmə qabiliyyətinə, dəriyə və diqqətin cəmlənməsinə müsbət təsir edir.
Bundan əlavə təbii kərə yağı xüsusi qida əlavələrindən daha çox mərkəzi sinir sisteminə dəstəkləyici təsir göstərir. Hətta bəzi diyetoloqlar gündə 20 qram yağ yeyilməsinin zəruriliyini qeyd edir, bir şərtlə ki, yağ təbii olmalıdır.
Beləliklə, kərə yağının təbii olduğunu necə anlamaq olar?
1. Məhsul seçərkən ilk öncə nəyə diqqət edirik? Əlbəttə ki, onun tərkibinə. Təbii kərə yağının tərkibini göstərən yazıda marqarində olduğu kimi, müxtəlif bitki yağlarının adları sadalanmır. Kərə yağının tərkibi yığcamdır: tam yağlı süd və qaymaq.
2. Əgər paketin üzərində "yağ" sözü yazılıbsa, bu özü də həmin məhsulun marqarin də ola biləcəyi haqqında düşünmək üçün səbəbiyyət verir.
3. İnək südündən hazırlanmış təbii yağı onun qiymətinə əsasən də anlamaq olar - bu, bütün digər əvəzedicilərdən bahadır. 1 kq kərə yağının hazırlanması üçün 20 l süd istifadə olunur.
4. Əgər məhsulun içini açıb baxmağa imkanınız varsa (məsələn, yağ çəki ilə satıldıqda), onun rənginə diqqət edin. O, nə kəskin sarı olmalıdır, nə də kəskin ağ.

5. Təbii kərə yağı toxunduqda möhkəm olmalıdır. Bir məqamı da diqqətdə saxlayın ki, inək yağı siz yağın paketini açdıqda paketə bulaşmır. Həmçinin də bıçağa yapışmır və bıçaqda qalmır.
6. Məhsulun istifadə müddətinə də diqqət etmək lazımdır. Çəki ilə satılan inək yağı 10 gündən artıq saxlanılmır. Əgər o metal bankadadırsa, onda 3 aydan artıq saxlanılmır. Əgər siz qablaşdırmada istehsalçının daha uzun müddətlər qeyd etdiyini görürsünüzsə, deməli, onun tərkibində konservantlar mövcuddur.
7. Ev şəraitində də yağın saxta olduğunu müəyyən etmək olar. Əgər bu təbii yağdırsa, o, bərabər şəkildə əriyəcək, əgər səthində damcılar əmələ gəlirsə, deməli, marqarindir.
8. Təbii kərə yağı soyuqdan isti mühitə düşdükdə tezliklə əriməyə başlayan (tərkibindəki bitki yağlarına görə) marqarin kimi yumşaq olmur.
9. Keyfiyyətli qaymaqdan hazırlanan yağ möhkəm və əllə toxunduqda hamar olur. Kəsildikdə qatlara bölünmür (təbəqələşmir) və parlaq görünür.
10. Nəhayət, kərə yağı soyuducudan çıxarılan kimi parçalanmamalıdır. Əsil, təbii kərə yağı çörəyin üzərinə qalın, vahid, bircinsli qat kimi çəkilməlidir.

Paralel.az

0.044725894927979