İranın PUA-sı uğusuz oldu - VİDEO

İranın PUA-sı uğusuz oldu - VİDEO
 

İranın SEPAH quru qoşunlarının mütəxəssisləri 450 km-ə qədər məsafədə hədəfləri vura bilən və avtomobil üzərindən buraxılan yeni kamikadze pilotsuz uçuş aparatı hazırlayıblar.

Paralel.az “Tasnim”ə istinadən xəbər verir ki, general Əli Kuhestani açıqlamasında Meraj-532 adlanan yeni PUA-nın sınaqlardan uğurla keçdiyini bildirib.

“Dron avtomobildən havaya qalxa, 3600 metrə qədər hündürlüyə yüksələ və 3 saata qədər havada qala bilir. PUA 50 kq ağırlığında döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə vura bilir”, - o deyib.

Lakin videodan da göründüyü kimi kamikadze hədəfə yaxın düşsə də, hədəfi dəqiqliklə vura bilməyib.

Paralel.az

0.033058881759644