Deputatlıq siyahısı üstündə dava düşdü

Deputatlıq siyahısı üstündə dava düşdü
 

Türkiyədə hakimiyyətə əsas rəqib hesab edilən “altılı masa”nın  “Millət ittifaqı” blokunda deputatlığa namizədlər siyahısı üstündə dava düşüb.

Paralel.az xəbər verir ki, bu barədə “Star” yazır.

Mayın 14-də keçiriləcək seçkilərdə deputatlığa namizədlərin vahid siyahısının tərtibi zamanı müxalifət blokunun nümayəndələri arasında dava düşüb.

CHP qərargahında bloka daxil olan DEVA, Gələcək, Səadət Partiyası və DP-nin namizəd siyahısının müəyyənləşdirilməsi zamanı gərginlik pik həddə çatıb. 18 saat davam edən iclasda CHP-nin YSK-ya təqdim etdiyi deputat siyahısında Səadət Partiyasına 24, DEVA-ya 20, Demokrat Partiyasına 3, Gələcək partiyasına isə 15 kvota ayrılıb.

Bu siyahının açıqlanması, partiya daxilində ciddi narazılığa səbəb olub. Gərginliyin yaranması səbəbindən iclasın vaxtı 4 dəfə dəyişdirilib.

CHP Məclis üzvləri “biz canımızı partiyaya verdik, kim bu siyahını müəyyən etdisə, getsin yerlərdə də işləsin”, - deyə etiraz ediblər. Siyahıda adı yer almayanların ciddi narazılığı davaya yol açıb. Dava o qədər böyüyüb ki, vəziyyəti sakitləşdirmək üçün Kılıçdaroğlunun mühafizəçiləri müdaxilə etməli olub. 

“Star”ın yazdığına görə, İmamoğlu və Kaftancıoğluna yaxın adlar siyahılara daxil edilməyib.

0.023277997970581