Bu ölkədə quş qripindən 17 milyon toyuq tələf oldu

Bu ölkədə quş qripindən 17 milyon toyuq tələf oldu
 

Yaponiyada quş qripi epidemiyasına görə, ötən ilin oktyabrından bu vaxta qədər 17 milyondan çox toyuq məhv edilib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki,  Yaponiyanın 26 prefekturasından 16-sı quş qripinə yoluxub.

Qeyd olunur ki, artıq məhv edilmiş toyuqları basdırmağa yer qalmayıb.

Təkcə bu mövsümdə 17 milyon toyuq kəsildiyi qeydə alınıb ki, bu da Yaponiyada rekord göstəricidir.

Qeyd edək ki,  2020-ci ildə quş qripi səbəbindən 9,9 milyon toyuq məhv edilmişdi.

Günay

0.017683982849121