Putinlə Lukaşenko “ən qapalı mövzuları” müzakirə edib

Putinlə Lukaşenko “ən qapalı mövzuları” müzakirə edib
 

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko Kremldəki mənzildə “ən qapalı mövzuları” müzakirə ediblər. 

Bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə yaxın olan teleqram kanalları məlumat yayıb.

“Kremldə danışıqlardan və işçi nahardan sonra liderlər Kreml mənzilində bir neçə saat danışıblar. Ən qapalı mövzular müzakirə edilib", - rəsmi açıqlamada deyilir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Aleksandr Lukaşenkonu Kremldəki mənzilə dəvət etdiyini təsdiqləyib.

0.017826080322266