Vətənim gözləyir məni - Şaiq Miskinli

Vətənim gözləyir məni - Şaiq Miskinli
 


Əcəl, mənə yaxın gəlmə,
Can bağımdan ruhu dərmə,
Daha məni qaçqın bilmə,
Vətənim gözləyir məni...!

Göz yaşımı tökə - tökə,
Parçalandım tikə- tikə,
Salma məni ağır yükə,
Vətənənim gözləyir məni...!

Yaşamadım otuz ili,
Ruhum gəzdi doğma eli,
Zəhər etmə şirin dili,
Vətənim gözləyir məni...!

Yurdu gəzim ayaqyalın,
Bir soruşum dərdin, halın,
Torpağına vurum alın,
Vətənim gözləyir məni...!

Çox görmüsən dərd dağımı,
İndi də gör... şən çağımı,
Qoparma ruhla bağımı,
Vətənim gözləyir məni....!

Əcəl, məni yaxşı dinlə,
Ayrılmayaq küdrət, kinlə,
Tut yükünü öz çəkinlə,
Vətənim gözləyir məni...!

De... sənəmi qaldı vəfa?
Tək istəyin, çəkim cəfa...
Qoy, bir az da sürüm səfa,
Vətənim gözləyir məni...!

Şaiq məhbus, qürbət zindan,
Bir də düşməz belə imkan,
Gedəcəyim tək bir ünvan,
Vətənənim gözləyir məni...!

Allah heç kimə vətən həsrəti yaşatmasın. Amin!
Paralel.az
0.020589828491211