AMEA-ya ayrılmış və yoxa çıxmış 2 milyon manatın bəxti açılacaqmı? -Professor

AMEA-ya ayrılmış və yoxa çıxmış 2 milyon manatın bəxti açılacaqmı? -Professor
 

AMEA-ya ayrılmış və yoxa çıxmış 2 milyon manatın bəxti açılacaqmı? - Professor İdris Abbasov yazır:

AMEA Mətbuat və informasiya şöbəsi məlumat yayıb: "AMEA-dakı maliyyə pozuntuları 2011-2012-ci illəri əhatə edir ... Belə ki, 15.07.2011-ci il tarixli tender müqaviləsi üzrə 3 531 523 manat, 30.11.2012-ci il tarixli tender müqaviləsi üzrə isə 3 407 545 manat ödənişlər edilsə də, bu tender müqavilələrinin icrası tamamlanmamışdır."
AMEA rəhbərliyinə sualım: madam ki, araşdırma 2011-2012-ci illəri əhatə edir, onda 29 may 2012-ci ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının möhkəmləndirilməsi və dilçiliyin inkişafı məqsədilə ayırdığı 2 000 000 (iki milyon) manatın taleyinə aydınlıq gətiriləcəkmi? Mən hələ sonrakı illərdə ayrılan və yoxa çıxan külli miqdarda qrantları demirəm.
(08.04.2021)

"Paralel.az"

 

0.016465902328491