Tədqiqat universitetləri haqqında - dos. İlham Əhmədov

Tədqiqat universitetləri haqqında - dos. İlham Əhmədov
 

6 il əvvəl NK Tədqiqat Universitetlərinin (TU) yaradılması haqqında qaydalar təsdiq etdi. Daha sonra "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda da TU yaradılması haqqında xüsusi bəndlər öz əksini tapdı. Amma bu sahədə hələ ki, irəliləyiş hiss edilmir. TN-nin ETN- transformasiyası da TU-nin yaradılmasına hələki təkan verə bilmir. Yəqin yeni Agentlik (Elm və Ali təhsil Agentliyi) yaradılandan sonra nələrsə ola bilər. NK təsdiq etdiyi qaydalar beynəlxalq meyarlardan xeyli zəif olsa da , heç bu meyarlara da uyğun ali təhsil müəssisələri (ATM) ölkədə çox azdır.
Bəs TU nə nədir, buna nə ehtiyac var? Dünyada Tədqiqat Universisitetləri varmı, nə kimi nailiyyələri var?
TU-də elmi tədqiqatlar universitetin fəaliyyətinin əsas istiqamətini təşkil edir. TU-ləri ictimai və ya özəl ola bilər.
TU çox vaxt tanınmış brend adlara malik olurlar. Belə universitetlərdə tanınmış elmi mərkəzlər və nüfuzlu elm adamları fəaliyyət göstərir.
TU -də bakalavr təhsili çox vaxt peşəyönümlü deyil, akademik istiqamətli olur. Tələbələri konkret peşə üzrə karyeraya hazırlamırlar. Lakin, bir çox işəgötürənlər tədqiqat universitetlərinin məzunlarını daha yüksək qiymətləndirirlər. Çünki, belə universitetlər tələbələrdə bu gün çox zəruri olan tənqidi düşünmə bacarığı formalaşdırır. Qlobal miqyasda tədqiqat universitetləri ABŞ və Yaponiya istisna olmaqla, əsasən dövlət universitetləridir.
1960-cı illərdən bəri ABŞ tədqiqat universitetləri, xüsusən də ABŞ-ın qabaqcıl tədqiqat universiteti olan Kaliforniya texnoloji Universiteti bütün dünyada tədqiqat universitetləri üçün bir model rolunu oynayır. Şimali Amerikanın ən nüfuzlu tədqiqat universitetləri - ABŞ və Kanadanın 66 aparıcı tədqiqat universiteti Amerika Universitetləri Assosiasiyası yaratmışlar.
ABŞ-da KALIFORNIYA TEXNOLOJI İNSTITUTU (CALTECH) adlı TU var. Caltech-in tərkibində 50-dən çox tədqiqat institutu və mərkəzi var. 2018-ci ilin oktyabr ayına olan məlumata görə, Caltech məzunları, müəllimlər və tədqiqatçılar arasında 73 Nobel mükafatı laureatı, 4 Fields medalı və 6 Turing mükafatı laureatı var. Bundan əlavə, bu bu TU-nin 53 nəfər professor-müəllim heyəti (eləcə də bir çox əməkdar professor-müəllim heyəti) ABŞ Milli Akademiyalarından birinə, ABŞ Hərbi Hava Qüvvələrinin aparıcı elmi mərkəzlərinə seçilib, 71 nəfər ABŞ-ın Milli Elm və Texnologiya Medalını alıb. Çoxsaylı professor-müəllim heyəti Howard Hughes Tibb İnstitutu və NASA ilə əlaqəlidir. Son on illikdə 350 şirkət bu universitetin tədqiqatlarına 2 milyard dollarlıq sponsorluq edib.
Bu təqdim edilən siyahıda dünyanın ən güclü 15 tədqiqat universitetinin adları qeyd edulib.
1. MASSAÇUTI TEXNOLOJI İNSTITUTU (MİT)
2. KALIFORNİYA UNİVERSİTETİ (LOS ANCELES şəhərində)
3. COHNS HOPKINS UNİVERSİTETİ
4. TEXAS UNIVERSITY A&M
5. KALIFORNIYA TEXNOLOJI İNSTITUTU (CALTECH)
6. STANFORD UNIVERSITETI
7. YEL UNIVERSITETI
8. EMORİ UNİVERSİTETİ
9. GORCİYA TEXNOLOJİ İNSTİTUTU
10. ŞİMAL-QƏRB UNİVERSİTETİ
11. MİÇİQAN DÖVLƏT UNİVERSİTETİ
12. VAŞİNQTON UNİVERSİTETİ
13. DyuK UNİVERSİTETİ
14. BROUN UNİVERSİTETİ
15. PERDYU UNİVERSİTETİ

"Paralel.az"

0.01813793182373