Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirdi

Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirdi
 

Şimali Koreyanın pilotsuz sualtı nüvə hücum vasitəsi “Haeil-2”ni sınaqdan keçirib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Pyonyan administrasiyası “Haeil-2”nin 4-7 aprel tarixləri arasında uğurla nəticələndiyini açıqlayıb.

Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq ictimaiyyətin reaksiyalarına baxmayaraq, silah proqramını davam etdirib.

Limandan hərəkət edən və min kilometr məsafəni 71 saat 6 dəqiqəyə qət edən hərbi texnika sınaq döyüş başlığını təyin olunan hədəfə çatdırıb.

Yeni silah sisteminin məqsədi sualtı partlayış vasitəsilə genişmiqyaslı radioaktiv sunami törətməklə düşmənin donanmasını və daxili limanlarını məhv etməkdir.

Xatırladaq ki, Şimali Koreya “Haeil-2”nin sınağını ilk dəfə martın 21-23-də baş tutan hərbi təlimlər çərçivəsində həyata keçirib.

Günay

0.015036821365356