Roma papası məhkumların ayaqlarını yuyub öpdü: aralarında müsəlman da var - VİDEO

Roma papası məhkumların ayaqlarını yuyub öpdü: aralarında müsəlman da var - VİDEO
 

Papa Fransisk Pasxa bayramı öncəsi Romadakı uşaq islahxanasına baş çəkdi.

Paralel.az xəbər verir ki, 86 yaşlı papa cümə axşamı yoxsulların ayaqlarının yuyulması mərasiminə qatılıb.

Belə ki, o, islahxanada qalan 12 gənc məhbusun əvvəlcə ayaqlarını yuyub, sonra isə öpüb.

Papanın ayaqlarını yuyub öpdüyü şəxslər arasında seneqallı müsəlman və iki qadın da olub.

Qeyd edək ki, 10 ildir bu vəzifədə çalışan Papa Fransisk qadınları və katolik olmayanları ənənəvi ayaq yuma mərasiminə qatan ilk papa kimi diqqət çəkib.

Günay

0.019998073577881