“Deputatları ən çox narahat edən məsələ tariflərin artmasıdır”

“Deputatları ən çox narahat edən məsələ tariflərin artmasıdır”
 

“Deputatları ən çox narahat edən məsələ tariflərin artmasıdır. Amma mən təkrar bildirirəm ki, qanun tariflərin artırılmasını hədəfləmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatların fikirlərinə cavab olaraq deyib.

Nazir bildirib ki, qanun qəbul olunandan sonra dövlət bunu tənzimləməyə məcbur olacaq:
“Bu qanunun heç bir halda liberallaşdırma ilə əlaqəsi yoxdur. Amma deputatlar fikir səsləndirirlər ki, qanun liberallaşdırmağa aparır, mən qanunda belə bir cümləyə rast gəlməmişəm. Qanun dünya təcrübəsinə əsaslanır. Qanunu qəbul etməməklə, siz dediyiniz kimi, əvvəlcədən bilməklə köklü ləğv etmək düzünü deyim, qəbuledilməzdir. Bu, eyni zamanda, prezidentin siyasətinə də uyğun gəlməyə bilər. Dünyanın heç bir yerində belə bir şey yoxdur ki, investisiyalar qəbul edilməsin, xüsusilə də xarici investisiyalar. O zaman siz deyirsiz ki, islahatlar istəmirik, bununla razılaşmayaq, o zaman bu sahəni bağlayaq gedək. Bu gün hər bir ölkə çalışır ki, investisiya cəlb etsin. Amma biz qanunu qəbul etməməklə, belə addım atmaqla yalnız Azərbaycanın maliyyə qoymasını istəyirik”.

0.020847082138062