Kral Çarlz əskinasları bu tarixdən dövriyyəyə buraxılacaq 

Kral Çarlz əskinasları bu tarixdən dövriyyəyə buraxılacaq 
 

İngiltərə kralı III Çarlzın portreti olan 5,10, 20 və 50 funtluq əskinaslar çap olunacaq.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, həmin əskinaslar 2024-cü ilin ortalarında dövriyyəyə buraxılacaq. 

İngiltərə Bankı (BoE) tərəfindən edilən açıqlamada əskinasların dizaynları paylaşılıb.

Həmçinin, açıqlamada bu dəyişikliyin ətraf mühitə və maliyyə təsirini minimuma endirmək üçün köhnəlmiş əskinaslar yerinə yeni əskinasların çap ediləcəyi və əskinas tələbindəki artımın qarşılanacağı paylaşılıb. Buna görə də mərhum Kraliça Elizabet və Kral Çarlzın portreti olan əskinaslar eyni vaxtda dövriyyədə olacaq.

Qeyd edək ki, Kral Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

Günay

0.012182950973511