Almaniya qəzetindən diqqətçəkən Ərdoğan təhlili: "Uğurlu olur..."

Almaniya qəzetindən diqqətçəkən Ərdoğan təhlili:
 

Ukrayna müharibəsinin gedişatında Türkiyə diplomatiyası ilə önə çıxan ölkələrdən olmağa davam edir.

Paralel.az xəbər verir ki, Almaniya mətbuatı Türkiyənin xarici siyasəti ilə bağlı analiz yayımlayıb.

Almaniyanın “Welt” qəzeti “Ərdoğan necə NATO və Moskvanı bir-birinə qarşı qoyur?” başlıqlı xəbərdə aşağıdakı ifadələr yer alıb:

“NATO iclasında Türkiyə qərbli müttəfiqləri ilə birliyini göstərir və Finlandiyanın NATO-ya girişini qəbul edir. Ancaq qısa müddətdən sonra Putinin xarici işlər naziri Ankarada qəbul edilir.

Ərdoğan Moskva ilə Qərb arasında manevrlər edir və bunda uğur qazanır".

Ankaradakı kritik Türkiyə-Rusiya zirvəsi də dünya mətbuatında geniş şəkildə işıqlandırılıb.

“France 24” Anrkaradakı zirvədə olanları anbaan dərc edib. “Lavrov Rusiyaya qarşı tətbiq edilən ixrac maneələri davam edəcəyi halda Ukraynanı taxıl razılaşmasını ləğv etməklə hədələyir”,-deyə qəzet yazıb.

Yunanıstanın “Kathimerini” nəşri “Türkiyə Rusiyanın gübrə ixracatı əngəllərini aradan qaldırmağı qəbul etdi” başlığı ilə oxucularına təqdim edib.

“The Moscow Times” isə kritik zirvəni aşağıdakı kimi işıqlandırıb:

“Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü Türkiyəyə səfərində söyləyib ki, Moskva sülh müzakirələrinin “yeni dünya nizamı” yaratmağa fokuslanmasını istəyir”.

“Al Jazeera” isə Lavrovun tək qütblü dünya nizamını qəbul etmədiyini yazaraq rus nazirin aşağıdakı sözlərinə yer verib:

“Hər hansı bir müzakirə Rusiyanın mənfəətlərini diqqətə almağa əsaslanmalı, yeni dünya nizamının hansı prinsiplərə əsaslanacağı haqqında olmalıdır”.

Billurə Yunus

 

0.015944957733154