Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıdakı toraqları zəbt ediblər – Deputatdan şok

Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıdakı toraqları zəbt ediblər – Deputatdan şok
 

“Suraxanıda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacağam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra İlqar Abbasov 14 il rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”.

“Paralel.az” xəbər verir ki, bunu deputat Etibar Əliyev parlamentin bugünkü plenar iclasda çıxışı zamanı deyib.

“Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla “pub”, restoran, diskoteka var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini bu adamlar hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, - deyə deputat bildirib.

Mürtəza
Paralel.az

0.015439987182617