“Qəbələ” “Zirə”yə qarşı

“Qəbələ” “Zirə”yə qarşı
 

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.

Paralel.az xəbər verir ki, açılış oyununda “Qəbələ” “Zirə”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Hazırda bölgə təmsilçisi 36 xalla 5-ci, Bakı klubu isə 38 xalla 4-cü pillədə qərarlaşıb.

Turun “Səbail” - “Sabah” və “Sumqayıt” - “Neftçi” oyunları aprelin 8-də, “Turan Tovuz” - “Şamaxı” və “Qarabağ” - “Kəpəz” matçları isə aprelin 9-da olacaq.

Azərbaycan Premyer Liqası
XXIX tur
7 aprel (cümə)

17:00. “Qəbələ” - “Zirə”

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

0.015739917755127