O, 49 qadını öldürərək donuzlara yedirdib - FOTO

O, 49 qadını öldürərək donuzlara yedirdib - FOTO
 

Kanadada Robert Pikton adlı şəxs 49 qadını öldürərək onları donuzlara yem edib. 

Paralel.az “Posta” qəzetinə istinadla xəbər verir ki, o bu əməlinə ölkə tarixinin ən qatı cinayətkarı hesab olunur.

Belə ki, Robertin silsilə qətliamları 1990-cı illərdə Vankuver şəhərinin kənarında fermada işlədiyi vaxt başlayıb.

1997-ci ilin martında R. Pikton seks işçisi Vendi Linn Eystetteri öldürməyə cəhd ittihamı ilə həbs edilib. Məlumata görə, fermada mübahisə zamanı Eystetterin əli qandallı olub və Pikton onu bıçaqlayıb.

R.Pikton həbs edilsə də, daha sonra ona qarşı qaldırılan ittiham ləğv olunub.

Daha sonra ferma işçisi oraya gələn qadınların yoxa çıxmağa başladığının fərqinə varıb və bu barədə polisə məlumat verir. Buna baxmayaraq 2002-ci ilə qədər itkin düşən qadınlarla bağlı təsərrüfatda heç bir axtarış aparılmır. 

Fermada aparılan sonrakı axtarış nəticəsində itkin düşdüyü bildirilən azı 26 qadının DNT nümunələri aşkar edilir.

R.Piktonun qadınları bıçaqlayaraq, bəzilərinin damarlarına isə antifriz vuraraq və s. müxtəlif yollarla qətlə yetirdiyi bildirilir.

Qadınların öldüyünə əmin olan Pikton cəsədləri yaxınlıqdakı ət emalı zavoduna apararaq fermada yaşayan donuzlara yem edib.

2005-ci ilə qədər 26 qətldə ittiham olunan Pikton cəmi 6 nəfərin qətlinə görə mühakimə edilib.

Piktonun dəhşətli qətliamının qurbanı olan qadınların sayı bu gün də dəqiq bilinmir. Lakin o dindirilmə zamanı 49 qətl törətdiyini etiraf edib.

Yerli mətbuatda R.Piktonun qatı cinayətkara çevrilməsində onun uşaqlıq travmalarının əhəmiyyətli dərəcədə rol oynadığı yazılır.

Məlumata görə, R.Pikton 1949-cu ildə Kanada da fermer ailəsində doğulub. 

Kiçik yaşlarından ailə diqqətindən kənarda qalıb, valideynləri tərəfindən fermada işləməyə məcbur edilib. Qeyd edilir ki, Robert kiçik yaşlarında məktəbə gedərkən fermada işlədiyinə görə üstündən pis qoxu gəlməsi, paltarlarının köhnə və çirkli olması yaşdılarının ondan uzaq durmasına səbəb olub.

Ata diqqətindən kənarda qalan Robert və qardaşı Deyvini anası himayə edib.

1967-ci ildə qardaşı Deyv atasının qırmızı yük maşını ilə hərəkət edən zaman yolda gedən 14 yaşlı uşağı vurub.

Hadisədən xəbərdər olan anası Luiz hadisə yerinə gələrək oğlunun vurduğu uşağı yolun kənarından aşağı itələyib. Uşağın qəza nəticəsində deyil, Luizin onu aşağı itələməsi nəticəsində öldüyü üzə çıxıb.

Daha sonra ailənin ortancıl uşağı olan Robert anasını özünə “örnək” götürdüyü bildirilir.

0.018996000289917