Onlar niyə təkamül etmədilər?- Sadiq Qarayev

Onlar niyə təkamül etmədilər?- Sadiq Qarayev
 



Bitkilərin və heyvanların növ müxtəlifliyini izah etmək üçün Darvinin Təkamül nəzəriyyəsi öz dövrü üçün mükəmməl sayılsa da, elmin indiki səviyyəsindən baxanda çox bəsitdir. Darvin yaşamaq uğurunda mübarizəni, irsi dəyişkənliyi və bunların əsasında təbii seçməni təkamülün başlıca hərəkətverici qüvvəsi hesab edirdi. Yəni, irsi dəyişkənlik nəticəsində bir-birindən fərqli fərdlər əmələ gəlir, hansılarnın əlamətləri mövcud şəraitə daha uyğundursa, yaşamaq uğurunda mübarizədən qalib çıxır və təbiət onları seçir. Bu fərdlər yaşayır və nəsl veririrlər. Məsələn, quraqlıq şəraitdə kök sistemi güclü inkişaf edən və ya müxtəlif orqanları ehtiyat su toplamağı bacaran, kseromorf dəyişikliklər qazanan bitkilər əlverişsiz ekolji amillərlə mübarizdə qalib gəlir, təbiət tərfindən seçilərək mövcud şəraitdə hökmran olurlar. Və ya sürətlə qaça bilən ceyranlar, yırtıcılardan canını qurtarıb, nəsillərini davam etdirirlər. Birinci halda seçmə quraqlğıa dözmək, ikinci halda isə sürətli qaçış istiqamətində gedir.

Lakin, relikt ( qədimdə geniş, hazır da isə kiçik areallarda yayılmış növlər) bitki və heyvan növlərinin tarixi on milliyin illərlə ölçülür. Bəs onlar niyə təkamül edib dəyişmədilər? başqa növlərə çevrilmədilər? hətta okenlarda Proterozoy erasından indiyə qədər quruluşunu dəyişmədən, mövcudluğunu saxlayan onurğasız növlər vardır. Onlar niyə təkamül etmədilər? Elm sübut edir ki, çiçəkli bitkilərin əksəriyyəti mezozoy erasının sonlarında, tabaşir dövründə inkişaf etməyə başlayırlar. Məslən o dövrə aid bitki növləri indi də dəyişmədən, mövcuddurlar. Darvinə görə bunlar dəyişməliyidilər. Və ən əsası, irsi dəyişiklər, növü təkamülə apara bilməz. Ona görə ki, siz də bilirsiniz ki, irsi dəyişiklərin 90 fazindən çoxu xəstəlik, fərd üçün ölüm deməkdir. Xəstə fərd necə təkamül edər?

Təkamül vardır. Lakin, daha mürəkkəb bir mexanizmdir. Bu mexanizmi açmaq üçün, fizika, kimya, biologiya və riyaziyyat elmlərinin birgə tətbiqinə ehtiyac vardır.

Paralel.az

0.024741172790527