"...Məncə ən əhəmiyyətlisi Botanika elmidir" - Sadiq Qarayev
Düşünürəm ki, bütün elmlərin bir xalq və bütün bəşəriyyət üçün özünəməxsus faydası var...
Amma məncə ən əhəmiyyətlisi Botanika elmidir. Özüm botanikəm deyə, tərəfkeşlik etmirəm.
Coğrafiyanı dağlara, dənizlərə, çaylara, kimyanı dərmanlara, içkilərə, fizikanı ilk öncə televizora, telefona, uçan, gedən texnikalara, bombalara, zologiyanı heyvanat aləminə, riyaziyyatı təkəbbürlü elm şahına bənzətmək olar. Ədəbiyyat sözlərin keçmiş, bu gün və gələcək xanalarında karvanvari rəqsidir.
Botanika- bitkilərdir. Zərif çiçəklər, həyat- yarpaqlar, nəhəng ağaclardır. Yer üzündə insandan sonra ən kamil yaradılış ağaclardır.
Və düşünürəm ki, hər bir ölkənin elm səviyyəsi Botanika elminin inkişafı ilə ölçülməlidir.
Botanika, eləcə də digər elmlərin naliyyətləri hər bir ölkənin milli sərvətidir.
Botanika İnstitunda " Herbarilər" şöbəsi var. Burada yaşı 100 ilə bərabər, Azərbaycanın bütün florasını əhatə edən minlərlə herbari nümunələri toplanmışdır. 100 il boyu, yüzlərlə alimin zəhmətiylə. Bu herbarilər bizim əvəzolunmaz, qiyməti ölçüyə gəlməz sərvətimizdir.
Azərbaycanın qüdrəti elmi ilə artacaq!
"Paralel.az"