"Həftənin günlərinin adları bir qədər dolaşıq və məntiqsizdir" - Professor Kamil Allahyarov 

 

Professor yazır...
"Mənə elə gəlir ki, həftə günlərinin bizdə işlənən adları bir qədər dolaşıq və məntiqsizdir.

Məsələn, 1-ci günə "Bazar ertəsi" dediyimiz halda, Çərşənbədən əvvəlki günə "Çərşənbə axşamı", Cümədən əvvəl gələn günə isə "Cümə axşamı" deyirik.

Burada həm prinsipsizlik, dolaşıqlıq yaranır, həm də "axşam" sözü ümumiyyətlə yersiz və məntiqsiz görünür. Ona görə də yaxşı olar ki, ya bu məsələni müzakirə edib, yeni adlar düzəldək, ya da türklərin həftə günlərini qəbul edək. Əgər sonuncu variantı seçsək, onda belə alınacaq:

1 - Bazar ertəsi
2 - Salı
3 - Çərşənbə
4 - Pərşənbə
5 - Cümə
6 - Şənbə
7 - Bazar

0.17342710494995