TARİXİMİZƏ SƏYAHƏT - Həsən Əliyev

TARİXİMİZƏ SƏYAHƏT - Həsən Əliyev
 

Alban tarixinə dair biri-birini təkzib edən o qədər məlumatlar vardır ki, mən onları yox, öz araşdırmamı hörmətli oxuculara təqdim edirəm. İndi konkret olaraq “Alban” məfhumunun yaranmasını öyrənək. Əgər biz “Alban” məfhumununa məntiqi cəhətdən yanaşsaq, bu məfhumun xristianlıqla əlaqədar olduğunu nəzərə almalıyıq.(Alimlər də bunu təsdiqləyirlər.) Bu halda , mütləq xristianlığın yaranma tarixi şəraiti diqqətlə öyrənmək lazımdır.Tarixi mənbələrə görə xristianlıq eramızın I əsrinin 2-ci yarısında Roma İmperiyasının şəhər əyalətlərində, əvvəl yəhudilər, az sonra isə digər etnik qruplar içərisində yayılmışdır. 

Mövcud Roma quldarlıq quruluşunun böhranı, ağır sosial şərait qulların, azad yoxsulların, məzlum xalqların kütləvi üsyanlarına səbəb olurdu.Üsyanların Roma dövləti tərəfindən yatırılmasından sonra insanlarda ümidsizlik, zülmkarlara qarşı nifrət əhval-ruhiyyəsi geniş yayılırdı.Yeni yaranan xristianlıq mövcud qaydalara, quldarlıq dövlətinə qarşı qulların, məzlumların dini formada yaranan ifadəsi idi.Erkən xristianlıqda müxtəlif narazı qruplar arasında dini razılıq olmasa belə, onları yalnız Roma İmperatorluğuna qarşı nifrət birləşdirirdi.Onları İmperiyanın tezliklə yıxılacağına, onun zülmündən qurtuluşa, yer üzərində İsa başda olmaqla “İlahi padşahlıq” yaranacağına olan ümid birləşdirirdi.Artıq 2-3-cü əsrlərdə xristianlığın sosial tərkibi dəyişərək tək məzlum qullar yox, ağır vergilərdən təngə gəlmiş varlı adamlar da xristian icmalarına daxil olmağa başladılar.

Romada və onun əyalətlərində kilsə təşkilatları və rahiblik təsisatı meydana çıxırdı.Roma İmperatorluğu böyük qüvəyyə çevrilmiş xristianlığı özünə siyasi rəqib hesab edərək, 3-cü əsrdəki yaranmış böhran və sinfi mübarizənin kəskinləşdiyi dövrdə xristianlığı təqib etməyə başladı .Xristian dini mənbələrində bu təqiblərə məruz qalmış xristianların içərisində “İsanın din qardaşları” və ” xristianlığın ilk şəhidləri” ”kimi qəbul edilən Roma əsgərləri, Müqəddəs Albanın , Aronın (Aaron) və Yuliusun (Yelisey) adları xüsusi olraq çəkilir.Tarixdən məlumdur ki, hələ e.ə. 43-cü ildə Y.Sezarın ekspedisiyasından sonra romalılar Britaniyanı zəbt etməyə başladılar.

Onların burada hökmranlığı təxminən 350 ilə qədər sürmüşdür.Məlumdur ki, Britaniyada Roma İmperiyasının əsgərləri xidmət edirdilər.Bunlardan biri də romalı əsgər Alban idi.Xristian dini-tarixi mənbələrinə görə bir gün Albanın yaşadığı mənzilə Romadan bir missioner gəlir və onu qonaq saxlamasını ondan xahiş edir. Qərib missioner 2-3 gün ərzində Albanda xristian dininə inam və sevgi yaradır.Alban xristianlığı qəbul edir və əsgər yoldaşlarına xristianlığı təbliğ etməyə başlayır.Bundan ordu başçısı xəbər tutur və həmin missionerin həbsi üçün Albanın mənzilinə əsgərlər göndərilir.Alban qonağını ələ verməmək məqsədi ilə onun çuxasını geyinir və özünü onun əvəzinə əsgərlərə təslim edir.Əsgərlər Albanı imperatorun hüzuruna aparır və səhvini etiraf etməyi ondan tələb edirlər.Lakin o, ölümündən qorxmayaraq inamından dönmür və son sözünü ucadan söyləyir: “Mən bütün aləmin yaradıcısı olan Allahın varlığına ibadət və səcdə edirəm!” (I, worship and adore the true and living God who created all things!) Tədqiqatçıların fikrinə görə həmin dövrdə Britaniyada imperatorluq etmiş Septimus Severusun əmri ilə Ver çayının sahilində, uca bir təpənin başında Albanın boynu vurulur.

Təxminən həmin ərəfədə Roma Brianiyasının Kaerleon şəhərində xristianlığın təqibi zəminində müqəddəs Aaronun və Yulisin də boynu vurulmuşdur. Xristianların etiraz yürüşlərində bu müqəddəslərin şəkilləri ilə bəzədilmiş bayraqlar hərakatın əsas simvoluna çevrilmişdi.Hərəkatın təşkilatçıları xristianları Roma İmperatorluğundan onların qisaslarını almağa çağırışlar edirdilər.
Romada təqiblərə qarşı güclənən hərakatlar artıq məcrasından çıxmışdı.Hakimiyyət tədricən xristian dininin xarakter və əhəmiyyətini, ideologiyasının mahiyyətini dərk edərək, xalq kütlələrini itaətdə saxlamaq üçün, ona arxalanmağa başladı.

Xristianların müdafiə etdiyi I Konstantin (306-337 hakimiyyət illəri) bütpərəstlik dini qalmaqla Romada xristianlığın rəsmi fəaliyyətinə icazə verdi.O, 325-ci ildə xristian dininin yuxarı təbəqə nümayəndələrinin Ümumdünya Kilsə Məclisini çağırdı.Məclisdə “Din rəmzi”(Ata, oğul və ruh) qəbul olundu.Romada İmperator hakimiyyəti ilə kilsənin ittifaqı yaradıldı.Əvvəllər təqib olunan xristianlıq dövlət dininə çevrildi.Bütün dinlərdə olduğu kimi xristianlığın da ibadəti üçün əsas atributu olan kilsələr inşa edilməyə başlanıldı.Hakimiyyət xalqa yaxınlaşmaq üçün tikilən xristian kilsələrinə Albanın, Aronun, (Aran ərazisinin adı da buradandır.) və Yeliseyin adlarının verilməsinə göstəriş verdi.Məhz bu səbəbdən də bütün dövlətlərdə tikilən qədim kilsələrinin inşası xtistianlığın rəsmi qəbul edilməsi tarixinə- IV əsrə təsadüf edir.

İmperiyanın bu güzəştlərinə baxmayaraq, artıq Roma İmperiyasını bürüyən xristian dininin dalğası onun hakimiyyətinin süqutuna real zəmin yaratmışdı.Xristian dini Roma əyalətlərində elə bir fanatik dərəcədə güclənmişdi ki, artıq xalq kütləsi imperatorluğa qarşı itaətsizlik nümayiş etdirirdi.Onlar yalnız xristian dininin ruhanilərinə inanır və onların arxasınca gedirdilər.Hakimiyyət ilə dini rəhbərlər arasında güclü nifaq yaranmışdı.Kütlə ilə yanaşı ən varlı adamlar, hətta qoşun başçıları da xristian dininin tərəfdarlarını dəstəkləyirdilər.(1978-ci il İran İslam İnqilabının ssenarisinə bənzəyir.)Romada xristian dininə qarşı 300 ildən artıq davam edən amansız təqiblər geniş kütlə arasında İmperiyaya qarşı güclü nifrət yaratmışdır.Onlar İsanın çarmıxa çəkilməsini, onun həvarilərinin edam edilməsini, İsanın” din qardaşı” və xristianlığın “ilk şəhidi” müqəddəs Albanın boynunun vurulmasını bu hakimiyyətdə görürdülər.Onlar bu qisası Roma İmperiyasından almağa köklənmişdilər.

Dini rəhbərlər İsanın “ zühuruna” çox az qaldığını onlara inandırırdılar.Onları bu zülmdən xilas edəcək nicat yolunu yalnız “İsanın padşahlığında” görürdülər. Xristianlığı rəsmi qəbul edən Roma imperatoru I Konstantinin ölümündən sonra, xalq Romada İmperator taxt-tacını yıxıb, burada yalnız xristian dininin hökmran olmasını tələb edirdi.Romada başlanan bu hərakat demək olar ki ,“Xristian inqilabı”na çevrilərək, xristian dini rəhbərlərinin fitvası ilə Roma İmperatorluğunu süquta yetirdi.Onlar Romada imperatorsuz, xristian dini qanunlarına əsaslanan yeni ” Dini Dövlət” qurdular.Bundan sonra Roma Vatikanda yalnız xristian dinini idarə edən ” Mərkəzi Baş Şəhərə” çevrildi.İmperatorluğun mərkəzi isə Konistantinapola (indiki İstanbul şəhəri) köçürüldü və bununla da Roma İmperatorluğu süquta sürükləndi.
Bu gün dünyanın xristian kilsələrində “İsanın din qardaşları” və “Xristian dininin ilk şəhidləri” müqəddəs Albanın, Aaronun və Yulisin adları ehtiramla yad edilir və onlar kilsələrdə Albanın “müqəddəs duasını” oxuyurlar.

Kilsə təqvimində 21 iyun “Aaron günü”, 22 iyun isə “Alban günü” kimi qeyd olunur.2006 –cı ildə İngiltərə kilsələrinin ruhaniləri “Müqəddəs Georgi”ni, “Müqəddəs Alban”la əvəz olunmasını təklif etmişlər.Dünyanın xristian ölkələrində bu müqəddəslərin adına Roman Catholic Church, Anglican Communion, Eastern Orthadax Church, St. Alban Church in Copenhagen, Catholic Church of St. Julian in Borford , “St.Alban church of England middle school “,“ Cathedral and Abbey churchs of St. Alban” və s. kilsələr fəaliyyət göstərir.Böyük Britaniyada Ver çayının sahilində "St.Alban Cathedral "inşa edilmlşdir.(St.Albana dair internetdə kifayət qədər vikepedik məlumatlar əks olunmuşdur.)
Romada xristianlıq dininin rəsmi qəbul edilməsi ilə Roma imperatorluğunun süqutu arasındakı müddət təxminən çox qısa 20-30 il çəkmişdir.Təbii ki, bu qısa zamanda Azərbaycanın yerləşdiyi Ön Asiyada xristianlığın möhkəm təməlinə güclü şərait yarana bilməzdi. Roma İmperiyasının həmin ərəfədə süqutu, demək olar ki, Roma əraziləri hesab olunan Ön Asiyada da xristianlığın süqutu ilə eyni vaxta düşmüş oldu.Tarixdən məlum olduğu kimi romalılar Ön Asiyanı tərk edən kimi Sasanilər yenidən bu əraziləri işğal etməyə başladılar.Hələ b.e.ə.IV əsrdə Böyük İskəndərin Sasani padşahı Daranı məğlub etməsi, onların atəşpərəstlik dininin müqəddəs kitabı sayılan “Avesta”nı yandırması heç zaman unutmayan Sasanilər, romalıları yunanların varisi hesab edərək, nə özləri, nə də tabeliyində olan ərazilərdə xristianlığın qəbul edilməsinə heç bir vəchlə icazə verməzdilər.Məhz bu səbəbdən də həmin dövrdə Azərbaycanda xristian dininin dayanıqlığına zəmin yaranmadı.
Məhz ermənilər Azərbaycanda mövcud olan bu xristian Alban kilsələrinin olmasından istifadə edərək, özlərinin xristian dinindən olmasını əsas gətirərək, bu ərazilərdə öz yaşlarını bu kilsələrin yaşı ilə eyniləşdirirlər. Bu gün rəsmi “Albaniya Xalq Respublikası” kimi tanınan ölkənin vətəndaşları da bu adın onlara verilməsinə etiraz edirlər. Xalr öz aralarında özlərini “Shgiptar”, dövlətlərini isə “ Respublika Popullare e Shgiperise” adlandırırlar.Yerli xalq “alban xalqı” etnosunu qəbul etmir.

Ən qədim folklorumuz olan “Kitabi- Dədə Qorqud”dastanında, ilk ensiklopedik türk dilçisi Kaşğarinin “Divani Lüğəti Türk”ündə , Azərbaycanın klassikləri Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Xaqani Şirvaninin, Nəsiminin, Məhəmməd Füzulinin, Şah İsmail Xətainin və digərlərinin əsərlərinin heç birində “Alban dövləti,alban xalqı,alban dili” ilə bağlı heç bir məlumat yoxdur.Hətta X əsrdə yaşamış, Şərqin klassiklərindən sayılan Əbülqasim Firdovsi “Şahnaməsində” özündən 5000 il əvvəl əfsanəvi və yarım əfsanəvi padşahlardan, onlar haqqındakı əfsanəvi hadisələrdən bəhs etsə də, “Alban” məfhumu haqqında heç bir kəlmə də olsun qələmə almamışdır.Bir çox tarixçi və dilçi alimlər "Kitabi Dədə Qorqut"da "Alpan" məfhumununu "Alban" məfhumu ilə eyniləşdirməyə çalışırlar.Əslində "alpan" sözü tanrısal və Ulu sözdən yaranmadır.Sözün 1-ci hecası "al" sözü "Ka" ulu məfhumundan yaranan türk tanrıçılığında "qor" Od Tanrısının adından uzun yol keçərək "qor - qal - al " yaranmadır."Pan" sözü də "ba+n" Od tanrısının adındandır.İki tayfanın birləşməsindən yaranan qoşa tanrı terminidir.O ki, qaldı avropa dillərində "Alp" sözünə, bu söz də tanrısaldır. Almanların özlərini "ari" - "ali irq" adlanması da almanların qədim "Alemaniya" adındandır.Yəni "ar -al" və "man" - "adam" - "Ari adam".Almanların "ağ irqə" məxsusluğunun təməl adıdır.O ki, qaldı "Germany" adlanmaya,"ger" məfhumu da "har" Misir tanrılarının adından dalğa nəzəriyyəsi əsasında yaranmadır. Ulu dildən gəlmədir.Tanrının xüsusiyyətinə dairdir.

Demək olar ki, "KDQ" da işlənən "alpan" sözü "igid, şan-şöhrət sahibi" kimi ünvanlanan nominativlikdir.O ki, qaldı "ban evlər"ə, bu nominativlik də Tanrının ucalığı atributundan yaranmadır.Avropa da olan "Alp Dağları"nın adı da Ulu dil və Ulu Tanrının "ucalıq" atributundan yaranan adlanmadır."Kar-ar - al (r-l əvəzlənməsi)
Bu gün doğma Qarabağımızda məskunlaşan ermənilərin himayədarları bu ərazidə mövcud Alban kilsəsinin daşlarını UNESCO-nun lobarotriyalarında daşın yaşının öyrənilməsi əsasında özlərini həmin daşın yaşı ilə yaşdaş olduqlarını dünyaya car çəkirlər.1860- cı illərdən Sankt Peterburqda Kalankatlının "Tarixi salnaməsini" məhv edib, əvəzində "saxta erməni tarixi" nəşr edərək, özlərinə gələcəkdə "böyük ermənistan"ın tarixi ensiklopediyasını yaratmağa çalışmışlar.
Artıq zaman yetişmişdir ki,tarixçilərimiz bu “Alban dövləti ” məfhumununu “Azərbaycanda Alban dövləti ” kimi yox, onu “Xristianlıq dininin kilsə atributu” kimi tarixini öyrənsinlər. Artıq, heç bir vaxt mövcud olmayan, tarixə taun xəstəliyi kimi yayılmış bu qondarma “Alban dövləti”, ”Alban xalqı”, ”Alban dili”, ”Alban əlifbası” məfhumları Azərbaycan tarixindən uzaqlaşdırılmağının zamanı gəlmişdir.
P.S. İnanıram ki, bu yazı bizim tariximizin həqiqətlərinə xidmət etsə də, bu günə qədər "Albaniyaya" dair yazılanlardan tam fərqli olduğu üçün onun ayaq tutub yeriməsi çox çətinliklərlə rastlaşacqdır.Bu məqaləni mən analitik məntiqi analizlə ortaya çıxarmışam.Bu elmi ardıcıllıq şəklində heç bir mənbədə yoxdur.Məhz işi qəlizləşdirən də "mənbə" tələbidir.Maraqlıdır ki, tariximizin xeyrinə olan, tarixi xronikaya əsaslanan (yəni elmi tarixi mənbələrə) yazı bəyənilmir."Alban Tarixinə" dair yazılan kitabımızın (müəllifi qadın olduğu üçün adını çəkmirəm.) 444 mənbəsindən 400-ü erməni, qalanları da ermənipərəst və bitərəf müəlliflərin ədəbiyyatlarıdır.

Əslində bu bir yeni tarixi cığırdır.Əvvəllər kim nə yazıbsa yazıb, məgər şəxsi mənafe xalqın mənafeyindən üstündürmü?Bəlkə də gənc tarixçilər bu cığırla gedib, əsl həqiqəti tarixin sirri kimi açacaqlar.Ümid gənclərədir.
Gənclər bizim gələcəyimizdir!

0.020734071731567