Azərbaycanda daha bir qurum - FHN ləğv olunur? - AÇIQLAMA

Azərbaycanda daha bir qurum - FHN ləğv olunur? - AÇIQLAMA
 

“Əslində, Fövqəladə Hallar Nazirliyi yaranmamışdan öncə onun funksiyalarını müxtəlif dövlət və hökumət qurumları yerinə yetirirdi. Məsələn, yanğınsöndürmə xidməti Daxili İşlər Nazirliyinin nəzdində idi. Azərbaycanın təcrübəsində belə bir praktika var”. 

Paralel.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O, Ermənistanda FHN-in ləğv edilib yeni yaradılan DİN sisteminə keçməsindən sonra, analoji hadisənin Azərbaycanda da baş verə bilib-bilməyəcəyindən söz açıb. 

Xatırladaq ki, zaman-zaman Azərbaycanda bir sıra nazirliklər ləğv edilərək oxşar strukturlu nazirliyin tərkibinə daxil edilib. 

“FHN-in ayrıca bir nazirlik kimi yaranma təcrübəsi bəzi postsovet ölkələrində ortaya çıxdı. Ondan sonra Azərbaycanda da buna oxşar və eyni funksiyalı nazirlik yaradıldı.

Əgər Azərbaycanda kiçik və effektiv hökumət modelinə keçməklə bağlı qərar verilibsə və bu yöndə artıq bir sıra işlər davam etdirilməlidir. Məsələn, “Azərsu” ilə Meliorasiya İdarəsinin birləşdirilməsi bu yöndə atılmış bir addım idi. Bundan öncə isə Vergilər Nazirliyinin ləğv edilib İqtisadiyyat Nazirliyinə birləşdirilərək bir departament kimi fəaliyyət göstərməsi praktikası da oldu. Hətta Nəqliyyat və Rabitə nazirlikləri də birləşdirildi”. 

“Təəssüf ki, hökumətin planları ilə bağlı ictimaiyyətə böyük həcmdə məlumatlar daxil olmur. Biz sadəcə atılan addımlar zamanı bunun şahidi oluruq. Əgər doğrudan da belə bir yanaşma varsa, onda Dövlət Gömrük Komitəsinin də ayrıca bir qurum kimi ləğv olunması və onun ya İqtisadiyyat, ya da Maliyyə Nazirliyinə birləşdirilməsi mümkündür. Ona görə də FHN-in bir departamentə çevrilib peşəkar fəaliyyətlə, yəni fövqəladə hallarda vətəndaşlara göstərilən xidmətlə məşğul olması mümkündür. Digər funksiyaların - tikinti və yanğınsöndürmə ilə bağlı funksiyalar isə ayrıca dövlət qurumlarına verilə bilər.
Bu proses o zaman effekt verə bilər ki, doğrudan da Azərbaycanda hökumətin kiçik və effektiv idarəetmə modelinə keçməsi ilə bağlı bir qərar olsun. Belə bir qərarın olub-olmaması ilə əlaqədar isə hansısa bir qərar yoxdur”, - yekunlaşdırıb. 

0.020900964736938